Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda nə qədər narkoman var? - STATİSTİKA
Tarix: 17-11-2015 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda nə qədər narkoman var? - STATİSTİKA
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupu azyaşlı uşaqlar arasında narkotik istifadəçilərinin olması barədə yayılan məlumatlara münasibət bildirib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupundan APA-ya verilən məlumata görə, 7 noyabr tarixində qeyri-hökumət təşkilatı olan Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbərinin müavini Leyla Yolçiyevanın “2014-cü ildə yetkinlik yaşına çatmayan uşaqlar arasında 5 nəfər narkotik maddə istifadəçisinin aşkar olunduğu, onların arasında 7, 9, 10-cu sinif şagirdlərinin olduğu, hətta 4 və 5-ci siniflərdə də narkotikdən istifadə edən şagirdlərə rast gəlindiyi” barədə xəbər agentliklərinə verdiyi rəsmi mənbəyi olmayan məlumat kütləvi informasiya vasitələrində yayımlanmaqla, ictimaiyyət arasında çaşqınlıq yaradıb, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupu bildirir ki, Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə 31 dekabr 2014-cü il tarixinə Respublika Narkoloji Mərkəzində ölkə üzrə 28.656 nəfər narkotik istifadəçisi qeydə alınmışdır ki, onların da 1 nəfəri 14 yaşında, 5 nəfəri 15-17 yaşlarında, 1403 nəfəri 18-24 yaşlarında, 3999 nəfəri 25-29 yaşlarında, 4243 nəfəri 30-34 yaşlarında, 4377 nəfəri 35-39 yaşlarında, 3487 nəfəri 40-44 yaşlarında, 3053 nəfəri 45-49 yaşlarında, 2554 nəfəri 50-54 yaşlarında, 2221 nəfəri 55-59 yaşlarında, 2008 nəfəri 60-64 yaşlarında, 1305 nəfəri isə 65 yaşdan yuxarı olanlardır: “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəsmi olaraq bildirir ki, ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, narkomanlığın yayılmasına qarşı görülən işlər, əhali, xüsusən yeniyetmə və gənclər arasında aparılan antinarkotik təbliğat barədə mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi internet səhifəsində (nmdk.gov.az) məlumat verilir və vətəndaşlarımızdan xahiş edirik ki, bu sahədə onları maraqlandıran məsələlər barədə dövlətin rəsmi orqanlarına müraciət etsinlər”.



4548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___