Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşaqları niyə atıb-tutmaq olmaz?
Tarix: 16-11-2015 | Saat: 15:22
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər

Uşaqları niyə atıb-tutmaq olmaz?
Körpələri yuxarı atıb-tutmaq çox əyləncəlidir. Bəs uşaqların da çox xoşuna gələn bu əyləncə nə dərəcədə faydalıdır?

Timus və ya çəngələbənzər vəzi hamiləliyin 6-cı həftəsində əmələ gəlir. Yeni doğulmuş körpələrdə onun çəkisi 20 qram olur. 6-15 yaşlarda timus vəzi öz maksimum çəkisinə çatır. Təxminən 30qr. Sonra isə onun geriyə inkişafı başlayır. Böyüklərdə isə timus vəzi tamamilə piy toxuması ilə əvəz olunur.

Timus vəzi immun sisiteminin mərkəzi orqanı hesab olunur. Orada sümük iliyi hüceyrələri formalaşır və limfositlərə çevrilir. Onun funksiyasının pozulması və orqanizmin mikroorqanizmlərə davamlılığının azalmasına səbəb olur. Bəzən bundan valideyinlərin xəbəri olmur, uşağı atıb-tutur, yaxud hirsləndikdə möhkəm qışqırır, ya möhkəm gülür. Bunlar körpənin sağlamlığına çox pis təsir edir və hətta onların ölümünə səbəb olur.

Bu və digər təhlükəli problemlərin ortaya çıxmaması və anaların bu haqda daha çox maariflənməsi üçün Atv.az pediatr Cəmilə Dadaşovaya müraciət etdi.

O bildirdi ki, uşağı şənləndirmək üçün atıb-tutmaq düzgün deyil. Uşaqlarda timus adlı vəz var. Timus vəzinin böyüməsi ilə doğulan uşaqlarda (onun böyüməsi 1-ci, 2-ci,3-cü dərəcə ilə ölçülür) həkim timus vəzinin böyüyüb, böyümədiyini deyə bilər. Ancaq daha dəqiq USM müayinə və rentgenlə demək olar. Belə uşaqları atıb-tutmaq, çimizdirəndə uşağı birdən suya basmaq olmaz, əvvəlcə uşağın ayağını suya salmaq lazımdır. Qəfil işığı yandırmaq olmaz. Bir sözlə qəfil hərəkətlər etmək olmaz. Çünki bu uşaqlarda hər şeyə, hətta havanın birdən dəyişməsinə belə həssaslıq yaranır və özünü biruzə verir. Belə dəyişikliklərdə, xüsusilə 3-cü dərəcəli timuslu uşaqlarda birdən-birə tənəffüsün dayanma halı baş verə bilər. Bu zaman uşağı hətta xəstəxanaya çatdırmaq belə gec olur.

Necə ki, ağıl dişi yaşdan asılı olmayaraq çıxır, eləcə də uşaqlarda timus vəzi olur. Əvvələr belə şeylərə az rast gəlinirdi. İndi isə uşaqlarda timus vəzi probleminə tez-tez rast gəlinir. Çox güman ki, bu ekologiya ilə bağlıdır.

Timus vəzi uşaqlarda hansı aydan başlayır və hansı yaşa qədər özünü göstərir?

Cəmilə Dadaşova onu da bildirdi ki, doğulan günündən, ya bir neçə aydan sonra da timus vəzi özünü göstərə bilər. Ancaq uşağın timus vəzinə meyilli olduğunu həkim uşağı yoxlayanda təxmin edə bilər. Uşaq süd əməndə burnundakı xorultu timus vəzinin əlamətidir. Timus vəzi əsasən allergik uşaqlarda daha çox hiss olunur. Buna da ana diqqətli yanaşmalıdır. Çünki zamanla timus vəzi sorulub gedəcək. Əgər diqqət olunmazsa, allergik reaksiyalar artarsa, gələcəkdə astma xəsətliyi yarana bilər. Allergik reaksiyalar olmazsa, uşağın gələcəyi üçün heç bir fəsad olmaz. Ümumiyyətlə xarici ədəbiyyat da, Russiya alimləri də buna xəsətlik yox, simptom kimi yanaşır.


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___