Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda müəmmalı intihar - YENİLƏNİB + FOTO
Tarix: 31-03-2015 | Saat: 18:18
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Bakıda müəmmalı intihar - YENİLƏNİB + FOTO

Qadın üzü üstə düşdüyündən onun sifəti tanınmaz hala düşüb.

Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində intihar edən qadının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Xeberaz.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Məmmədov küçəsi 4 A ünvanındakı ("Şüşəli bazar" adı ilə tanınan ərazi) doqquzmərtəbəli binanın damından özünü atan qadın üzü üstə düşdüyündən onun sifəti tanınmaz hala düşüb. Bu səbəbdən də qadının şəxsiyyətinin sifət cizgiləri əsasında müəyyən edilməsi və fotosunun yayılması mümkün olmayıb.

Həmçinin intihar edən 25-30 yaşlı qadının üzərindən hər hansı sənəd də tapılmayıb.

Hadisə şahidləri polisə bildiriblər ki, həmin qadın özünü öldürməzdən əvvəl binanın damında var-gəl edərək yüksək səslə kiminləsə danışırmış. Məlum olaydan sonra polislər binanın damında və ətraf ərazidə nə qədər axtarsalar da telefonu tapa bilməyiblər. Bina sakinləri və ətrafda yaşayanlar da intihar edən gənc qadını tanımadıqlarını bildiriblər.

Ehtimal edilir ki, o, bu gecəni həmin binada və ya yaxınlıqdakı evlərdən birində keçirib. Araşdırmalar davam etdirilir.

Şəkildəki şəxsi tanıyanlardan Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə 452-02-02 və 30-cu Polis Bölməsinə 457-57-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.

12.11

Bakıda intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

Hazırda polis intihar edən qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___