"Aygün Kazımova güzgüyə baxıb, adını mənə deməsin"
Tarix: 12-11-2015 | Saat: 20:11
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər
Müğənni Roza Zərgərli xalq artisti Aygün Kazımovanın onun ünvanına dediyi "Şıntıramellalar" sözünə münasibət bildirib.
Axşam.az-a açıqlama verən sənətçi qarşı tərəfin ünvanına sərt sözlər deyib:
"Aygün Kazımova güzgüyə baxıb, adını mənə deməsin. Yeni adı mübarək, tanışlığımıza şad oldum. Mənim də adım Roza Zərgərlidir. Bu sözü deyirəm və onun qarşısından da çəkilən deyiləm. Bütün dostlarıma zəng etdirib deyir ki, sözlərini yığışdırsın. Sən divasan, nədən qorxursan? Ölkənin xalq artistisən, mənə niyə cavab verirdin? Əgər mən sənin statusunda olsaydım, heç vaxt reaksiya verməzdim. O insanla həyatda münasibətimiz olmayıb. Cəmi üç dəfə üz-üzə gəlmişik. "Maşın" şouda bir yerdə olmuşuq. Mənim haqqımda orda-burda yalan sözlər yayır. Bu günə kimi susmuşam. Amma şəxsiyyətimə toxunan heç bir sözü keçməyəcəm. Qızı ilə (İlqarə Kazımova - red.) tanışlığım var, xətrini çox istəyirəm".
R.Zərgərli bu yolla özünü reklam etməyə çalışması iddiasına da münasibət bildirib:
"Mənim reklama ehtiyacım yoxdur. Əgər qalmaqalla gündəmə gəlmək istəsəydim, sənətə yeni başlayanda bu addımı atardım. Bu günə kimi heç kimlə davam olmayıb. Amma Aygün Kazımova sənətə gələn hər yeni müğənni ilə qalmaqal edib. Natavan Həbibi, Röya Ayxanla dalaşıb. Demək ki, onun özünün reklama ehtiyacı var".
Qeyd edək ki, R.Zərgərli A.Kazımovanın ünvanına "Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil?" sözlərini demişdi. Xalq artisti isə ifaçının ünvanına "Şıntıramellalar" sözünü işlədib.
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

7-09-2021, 11:52
Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdı
10-08-2015, 22:39
Alimlər: İnsanın rəng duyumu mövsümdən asılı olaraq dəyişir
9-02-2016, 16:33
Rusiya azərbaycanlı iş adamını beynəlxalq axtarışa verdi
30-07-2017, 20:46
Lənkəranda icra nümayəndəsi bıçaqlandı
18-04-2017, 12:51
Bürclər bu günə nələr vəd edir?
28-01-2016, 03:56
Türkiyə daha dörd şəhid verib
26-04-2017, 17:11
Dolların sabaha olan məzənnəsi açıqlanıb
14-02-2022, 13:53
Nura Suriyə binanın bir mərtəbəsini bütünlüklə alan ŞƏXS GÖRÜN KİM İMİŞ
12-02-2018, 10:31
İlham Əliyevdən Putinə BAŞSAĞLIĞI
18-05-2018, 10:13
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı