Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaddaşınızı gücləndirmək istəyirsinizsə... – YOLLARI
Tarix: 05-11-2015 | Saat: 17:11
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Yaddaşınızı gücləndirmək istəyirsinizsə... – YOLLARI
Payızın gəlişi ilə gərginləşən iş rejimi az qala ağlınızı itirməyə səbəb olacaq.
Bu mövsümdə gərgin templə ayaqlaşmalı olanlar sadəcə məktəblilər deyil. Yayın ardından bir anda hərəkətlənən iş dünyası, ilin sonuna kimi gözləntilər, xatırlanan hədəflər və psixologiyamıza təsir edən hava şəraiti işgüzar adamlara da təsir edir.
Aile.lent.az gərgin iş rejimində zehnini toplamaqda çətinlik çəkən işçilərə dərman kimi təsir edəcək məsləhətlər təqdim edir. Bu qidalar diqqəti gücləndirir, sürətli və məhsuldar işləməyə kömək edir, unutqanlıq və diqqət problemlərini kökündən həll edir.

Qoz, fındıq, fıstıq kimi quru çərəzlər yemək beynin bir məsələyə daha çox diqqət yetirməsini və cəmləməsini təmin edir. Süzmə qatıqla hazırlayacağınız qoz, fındıq, fıstıqlı bir milkshake bu məsələdə olduqca yardımçı olacaq.

Zəncəfil çayı qanı sulandırdığı üçün qanın bədəndə daha yaxşı axınını təmin edir. Bununla beynin qidalandığı oksigenin səviyyəsi artır. Zəncəfil yaradıcılığı inkişaf etdirməyə və daha güclü düşünməyə kömək edir. Ağır günlərdə zəncəfil çayı içməyi unutmayın.

Kələm tiroit vəzlərin aktivliyini artıraraq daha güclü öyrənməyi təmin edir. Kələm şorbası bişirib yeyə bilərsiniz.

Portağal C vitaminindən dolayı bədəni canlandırır, hafizəyə də müsbət təsir edir. Mütəxəssislər təzə sıxılmış portağal suyuna limon sıxmağı da tövsiyə edir.

İşə başlamadan əvvəl limonad için. Əvvəlcə içilən limonad enerji verir və portağalda olduğu kimi biliklərin xatırlamasına yardım edir.

Kök suyu için. Kök beynin maddələr mübadiləsini canlandıraraq xatırlama bacarığını artırır. Mütəxəssislər yeni biliklər öyrənməyə çalışarkən kök suyu içməyi tövsiyə edir.

Bibəriyə çayı beyni canlandırır, beyin funksiyalarını yaxşılaşdırır.

Sakitləşdirici təsiri olan adaçayı stressi azaldır və hafizəyə müsbət təsir edir.


Xəbəri paylaş

6348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___