Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yol polisinin sürücülərə surpriz radar ŞOK-u - VİDEO
Tarix: 03-11-2015 | Saat: 16:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Yol polisinin sürücülərə surpriz radar ŞOK-u - VİDEO

Sürücülər törətdikləri qayda pozuntusundan aylarla məlumatsız olurlar. Onlar qayda pozuntusuna görə tərtib olunan cərimə protokollarının ünvanlarına vaxtında göndərilmədiyini deyirlər. Bir anda 7-8 qayda pozuntusu haqqında məlumat tutan sürücülər gözləmədiyi məbləğdə cərimə ödəməli olurlar.

Avtosfer.az-ın məlumatına görə, belə halla üzləşən sürücülərdən biri də Mədət Əmirşahovdur. Mədət Əmirşahov avtomobili ilə ayrı-ayrı vaxtlarda 7 dəfə yol hərəkəti qaydasını pozub. Ancaq üstündən xeyli vaxt keçsə də, protokollar onun ünvanına göndərilməyib.

Üstəlik, belə sürücülər tək deyil. Bu isə sürücüləri sürpriz maddi ziyan deməkdir.

Ekspertlər deyirlər ki, qayda pozuntusu əgər radarlar və nəzarət kameraları vasitəsi ilə qeydə alınıbsa, avtomoatik olaraq mərkəzi məlumat bazasına göndərilir.

Protokollardan vaxtında xəbərdar olmamasının səbəblərindən biri sürücünün bildirdiyi ünvanda yaşamamasıdır. İkinci bir səbəb məsul şəxslərin məsuliyyətsizliyidir. Bu səbəbə görə sürücülər protokolun ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər.


Xəbəri paylaş

8678 dəfə oxunub.

Digər xəbərlər
3-09-2019, 14:12 YAP-dan yeni qərar

bütün xəbərlər
____ Instagram ___