Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elnarə Hindistanda çəkdirdiyi klipini təqdim edib - VİDEO
Tarix: 31-10-2015 | Saat: 13:12
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV / Ekskluziv | çapa göndər

Elnarə Hindistanda çəkdirdiyi klipini təqdim edib - VİDEO
Müğənni Elnarə Xəlilova yeni "Eşq ilə boyan adlı" mahnısına klip çəkdirib.

[b]Xeberaz.Az[/b]-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ekran işinin təqdimat mərasimi keçirilib. Mahnının sözləri Cavi Dan, musiqisi Sevda Məmmədli, aranjmanı Rasim Məmmədova məxsusdur. "Eşq ilə boyan" adlı mahnıya klip Hindistanda çəkilib. Bu Elnarənin Qədim Şərq ölkəsində çəkilən ilk ekran işidir. Klipə hindistanlı rejissor Ani Sasi quruluş verib.

Təqdimat mərasimində KİV nümayəndələri ilə yanaşı, "Eşq ilə boyan" ın yaradıcı heyəti də iştirak edib.

Ekran işi Hindistanın ekzotik mənzərəsi, tarixi məkanları və təbiəti ilə seçilən Kerala ştatının Koçin şəhərində çəkilib. Klip Hind okeanı körfəzi sahilləri, cəngəllik və şəhərin tarixi məkanlarında lentə alınıb. Çəkİlişlər beş gün davam edib. Klipdə Elnarənin tərəf müqabilləri hindistanlı rəqqasələrdir. Ekran işində müğənni hind obrazında görünür. Elnarə klipə Hindistanda ekran həyatı verməsi haqqında da danışıb: "Mahnı hind ladları üzərində yazılıb. Həm də Hindistanda klip çəkdirmək uşaqlıq arzum idi. Mahnı da həyatın rəngləri, Allahın bizə bəxş etdiyi gözəl nemətlər haqqındadır. Hər kəsə məlumdur ki, hindistanda da rəng bayramı var, ona görə də ağlımız Hindistan gəldi. Bu barədə sponsorla da fikirlərimiz üst-üstə düşdü".

Müğənni klipin büdcəsini də açıqlayıb. O bildirib ki, ekran işi 35 min manata ərsəyə gəlib. "Eşq ilə boyan" bir aya yaxındır ki, radio dalğalarından eşidilir və dinamikası, pozitiv enerjisi ilə seçilən mahnılar sıransında öndədir. Mahnıya çəkilən klip televiziya kanallarında yayımlanacaq. Xatırladaq ki, bu, Elnarənin sayca 13-cü klipidir. O müxtəlif illərdə Türkiyədə, Gürcüstan və Rusiyada klip və reklamlara çəkilib. Xanım müğənni Türkiyədə lentə alınan "Dayan" mahnısının klipini ötən ilin noyabr ayında təqdim edib. "Eşq ilə boyan" Elnarənin bəstəkar S. Məmmədli ilə üçüncü işbirliyidir. Elnarənin repertuarında olan "Qurban olum", "Səni arzularam" mahnılarının bəstəkarı da S.Məmmədlidir.

"Eşq ilə boyan" Full House Entermainment tərəfindən ərsəyə gəlib. Layihənin rəhbəri Süleyman Məmmədov, icraçı prodüseri Dia Soun Kxe, koordinatoru Ceyson Pullikkattildir.

Cavi Dan yazıçıdır. Bir çox saytlarda müxtəlif mövzularda köşə yazıları ilə oxuculara yaxşı tanışdır. "Eşq ilə boyan" onun mahnıya söz yazarı kimi ilk işidir. Yaxın günlərdə Cavi Danın Türkiyədə çap edilən "Məhsəti" romanı da oxucuların ixtiyarına veriləcək. Qeyd edək ki, bu, Azərbaycan ədəbiyyatında Məhsəti Gəncəvi haqqında ilk bədii əsərdir.

Ceyson Pullikkattil dünyanın 9 ölkəsində neft və qaz sənayesində uğur qazanmış sahibkarlardandır. O, həmçinin 300 nəfərdən ibarət işçisi olan Full House Entertainment şirkətinin rəhbəridir. Kino və müxtəlif sahələrdə bir çox layihələr həyata keçirib. Bunlara Hind dilində çəkilən filmlər də daxildir. C.Pullikkattil Hindistan və Dubayda Hind Kino Mükafatı mərasimin təşkilatçılarındandır.

Hind rejissoru Ani Sasinin 26 yaşı var. Cavan olmasına baxmayaraq o, tanınmış kinorejissor Priyadarşanla (Amitab Baççan, Şahrux Xan və məşhur Hind aktyorlarının iştirakı ilə 90 tammetrajlı film çəkib) birlikdə 10 tammetrajlı film ekranlaşdırıb. "Eşq ilə boyan" onun rejissor kimi ilk müstəqil işidir. Gənc rejissorun filmoqrafiyasına baş rollarını Acay Devqan, Bipaşa Bas və Akşay Kxanın ifa etdiyi "Aakrosh", eləcə də, "Tezz", "Kamaal dhamaal malaamaal" və "Rangrezz" filmləri də daxildir. Ani tanınmış aktrisa Sima Sasi və məşhur kinorejissor N. V. Sasinin ailəsində anadan olub. Onun atası Hind kino tarixində ən çox film çəkən rejissordur.


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___