Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manikür necə edilir?-Özünə baxan xanımlar ücün
Tarix: 30-03-2015 | Saat: 00:24
Bölmə:Karusel / Gündəm / Qadınlar / M2 | çapa göndər

Həmişə gözəllik salonunda manikür etdirmə imkanı və zamanı tapmaya bilərik. Manikür etdirmədiyimiz üçün əllərimiz baxımsız qalmaq məcburiyyətində deyil. Evdə öz manikürümüzü özümüz çox yaxşı edə bilərik. Bunun üçün əsas bir neçə vəsaitəyə ehtiyacımız var:
Manikür necə edilir?-Özünə baxan xanımlar ücün
Kağız əl mişarı
Ət qayçısı (dırnaqların kənarlarını səliqəyə salmaq üçün)
Kağız dəsmal
Geniş bir kasa
Aseton
Dırnaq boyası
Odekolon

Əlimizi əvvəl dezinfeksiya etməklə başlarıq. Dırnaqlarımızda əvvəldən qalma dırnaq boyası varsa, asetonun köməyi ilə təmizləyirik. Əllərimizi yuyub, qurulayaraq manikür mərhələsinə keçirik.
Əvvəlcə, kağız əl mişarı ilə dırnaqlarımıza barmaqlarımızın şəklinə uyğun olaraq forma veririk. Bu mərhələdə metal əl mişarı seçilməməsinin səbəbi budur: Metal əl mişarı sərtdir, dırnaqlarımızı lazım olduğundan çox mişarlayaraq, daha çox zərər görməsinə, dırnaq quruluşunun zəifləməsinə səbəb ola bilərik. Dırnaqlar, barmaqlarımız uzun və incədirsə küt, qısa və kökdürsə oval formaya salınır. Küt etmək istəyiriksə: dırnağın ortasından başlayaraq, sağ sol hərəkətləri ilə mişarlayırıq. Dırnaqların üst hissəsinin zədələnilməməsi üçünəl mişarıı dırnağın altından etməyə diqqət etməliyik. Oval etmək istəyiriksə, sağ və soldan ortaya doğru mişarlayırıq. Dırnaqlarınızda qalan artıq hissələri aradan qaldırmaq üçün dırnaqlarınızı dəsmala sürtün. Mişarlama əməliyyatının tamamlanıb- tamamlanmadığını aydınlaşdırmaq üçün köhnə bir incə corabla test edə bilərik. Dırnaqlarımızı coraba toxundurarkən ilişmirsə, mişarlama əməliyyatımız tamamlanmışdır deməkdir.
Dırnaq ətrafındakı dərinizə yumşaldıcı krem tətbiq edin. Bir neçə dəqiqədən sonra dırnaqlarınızı bir kasa içindəki ilıq suda 5 dəqiqə saxlayın.Dırnağınız dəriyə nüfuz etmişsə, bunları dırnaq dərinizə zərər verməyəcək şəkildə kəsin. Dırnaqlarınızın ətrafındakı ölü dəriləri özünüzün kəsməsi təhlükəli olduğundan, yalnız dırnaqdan geriyə doğru itələmə əməliyyatını tətbiq edin. Bunu edərkən dırnaq ətlərinizin ağrımamasına diqqət edin. Əllərinizə varsa hazır ya da evdə hazırlanmış pilinq məhsullarını masaj edərək tətbiq edin, durulayın və kağız dəsmal ilə qurulayın. Dırnaqlarınızı odekolon ilə dezinfeksiya edin. Odekolon bu mərhələdə dırnaqdakı bakteriyaların yox edilməsində ən asan üsuldur. Növbə dırnaqlarınızı rəngləmə əməliyyatına gəlmişdir. Bu mərhələdə fransız manikürü edə bilərsiniz, ya da yalnız sadə dırnaq boyası çəkə bilərsiniz. Son olaraq əllərinizə nəmləndirici vurun. Bütün alətlərinizi odekolon ilə təmizləyin və yerlərinə qoymadan quruduqlarından əmin olun.


Xəbəri paylaş

2 9008 dəfə oxunub.

Digər xəbərlər
28-02-2018, 14:30 Venger "Arsenal"dan gedir?

bütün xəbərlər
____ Instagram ___