Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi
Tarix: 30-10-2015 | Saat: 12:53
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi
O, ölkədən qaçıb.

Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib. 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir.

O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub.

Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb.

Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir.

Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub.

Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


Xəbəri paylaş

6578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___