Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mağazaya oğurluğa girən şəxsi xilas etdilər - QƏRİBƏ OLAY
Tarix: 29-10-2015 | Saat: 15:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Mağazaya oğurluğa girən şəxsi xilas etdilər - QƏRİBƏ OLAY
FHN əməkdaşları tərəfindən xilas edilən şəxs polisə təhvil verilib

Bu gecə Kürdəmirdə mağazanın tavanı ilə çardağının arasında qalmış və FHN-nin əməkdaşları tərəfindən xilas edilən şəxslə bağlı maraqlı məqam ortaya çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, mağazanın çardağında çıxılmaz vəziyyətdə qalan şəxs 25 yaşlı Orxan Ağayev (ad və soyad şərtidir) olub. Bəlli olub ki, o, saat 04 radələrində mağazaya oğurluq etmək üçün daxil olmağa çalışıb. Lakin iradəsindən asılı olmayaraq çətin duruma düşüb.

FHN əməkdaşları tərəfindən xilas edilən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.


*****

10:28

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində bir nəfərin mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az nazirliyin saytına istindən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:45-də başa çatıb.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___