Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saxlanılan şəxs: Kefimiz kök idi, oğurluq elədik – VİDEO
Tarix: 28-10-2015 | Saat: 16:57
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Saxlanılan şəxs: Kefimiz kök idi, oğurluq elədik – VİDEO
“Utanıram, səhv eləmişik”.

Qonşular əlbir olub avtomobil oğurlayıblar.

Xəbəraz.
az Region TV-yə istinadən xəbər verir ki, onlar sərxoş halda Tovuzun Əyyublu kəndinə gələrək Fəxrəddin Mehralıyevin “VAZ 21-05” markalı avtomobilini qaçırıblar.

Təhlükəsizlik kamerasında görüntülənən 2 nəfər maşını kənddən çıxara bilib.

Dərhal hadisə ilə bağlı polisə məlumat verilib. Bir neçə ay sonra məlum olub ki, hadisəni törədən Gəncə sakinləri Anar Hüseynov və onun qonşusu Vüqar İsmayılovdur.

Qonşular oğurluğun izini itirmək üçün “VAZ”-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşayıb.

Saxlanılan şəxs:

“Utanıram, səhv eləmişik. Allah şeytana lənət eləsin”.

Saxlanılan digər şəxs:

“Maşını qaçırtmağı mən təklif elədim. İçdik, kefimiz kök idi, oğurluq elədik. Oğurluq elədiyimiz adamı tanımırdıq”.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

5298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___