Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsanlar üçün təhlükə: Ət yarımfabrikatları xərçəng yaradır
Tarix: 27-10-2015 | Saat: 15:01
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

İnsanlar üçün təhlükə: Ət yarımfabrikatları xərçəng yaradır
“Sosislər və vetçina tütün və asbest qədər təhlükəlidir”.

Emal edilməmiş qırmızı ətin (donuz, qoyun, mal, at) və təkrar emal edilmiş ət və ət məhsullarının istifadəsi insanda xərçəng şişlərinin yaranmasına səbəb ola bilər.

Bu çıxarışlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərçivəsində yaradılmış Xərçəngin Tədqiqi Beynəlxalq Agentliyinin bazar ertəsi dərc edilmiş məruzəsində göstərilir.

Agentlikdə tədqiqat üzərində tərkibinə 10 ölkədən olan 22 alimin daxil olduğu qrupun işlədiyi bildirilib. Tədqiqatın nəticələrinə görə, kolbasa məmulatları, vetçina və sosislər, birinci dərəcəli kanserogen təhlükə daşıyan məmulatlara aid edilib. Bu qrupa tütün, asbest və dizel mühərriklərinin tüstüsü daxildir.

“Yenidən emal edilmiş ət insanlar üçün kanserogen kimi təsnifləşdirilmişdi, belə ki, belə ətin istifadəsinin düz bağırsağın xərçəngini yaratmasını sübut edən yetərincə dəlil var”, - ekspertlərin çıxarışında bildirilir.

Onların qiymətləndirməsinə görə, gündəlik olaraq 50 qram belə ətin istifadəsi kolorektal xərçəngin yaranma riskini 18% artırır. ÜST ekspertləri prostat və mədəaltı vəzinin şişlərinin əmələ gəlməsini istisna etmirlər.

“İnsanın yoğun bağırsağında və düz bağırsağında belə ətin istifadəsi nəticəsində şişin əmələ gəlməsi riski yüksək deyil, amma belə ətin istifadəsi artdıqca risk də artır”, - Xərçəngin Tədqiqi Beynəlxalq Agentliyinin nümayəndəsi doktor Kurs Ştrayf bəyan edib.

Emal edilməmiş qırmızı ət (donuz, qoyun, mal, at) şişlərin inkişafı imkanı baxımından potensial təhlükəli kateqoriyaya aid edilib. Qırmızı ətin istifadəsinin təhlükəsi onun tərkibində bir çox gerbisidlərdə olan – qlifosatın olmasıdır. Eyni zamanda, qırmızı ət dəlillərin az olmasına görə 2A qrupuna, zərərinin tam olaraq sübut edilməmiş ərzaqlar qrupuna aid edilib.

“Bu tədqiqatın nəticələri ətin istifadəsini məhdudlaşdırmağa dair ictimai tövsiyələrə əlavə dəstək verir”, - Xərçəngin Tədqiqi Beynəlxalq Agentliyinin direktoru Kristofer Uayld şərh edib.

Bununla yanaşı o, etiraf edib ki, inkişaf etmiş ölkələrin sakinlərinin əksəriyyətinin qida rasionunda yer alan ət yeməklərinin faydalı qidalandırıcı xüsusiyyətlərini də təkzib etmək olmaz.

“Bununla əlaqədar bu nəticələr hökumət və beynəlxalq tənzimləyicilər üçün mühümdür, belə ki, nəticələr risklərin öyrənilməsi, pəhrizlərin tərtib edilməsində qırmızı ət və ət məhsullarının istifadəsinin riskini və faydasına dair ən yaxşı tövsiyələri vermək üçün imkan yardır”, - Uayld bildirib.Oxu.Az


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___