Kreditə görə qaynını qətlə yetirdi
Tarix: 25-10-2015 | Saat: 11:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Ötən gün Ağsu rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub. Xəbəraz.az-ın Lent.az-a istinadən əldə etdiyi məlumata görə, 22 oktyabr saat 19 radələrində rayonun Kalva kəndində 34 yaşlı Hacıyev Elşən Sevdayı oğlu Şamaxı rayonunda yaşayan və onun evinə qonaq gələn bacısının həyat yoldaşını, 1975-ci il təvəllüdlü Zeynalov Asif Adil oğlunu mübahisə zəminində öldürüb.
İlkin araşdırma nəticəsində məlum olub ki, bir müddət əvvəl ailə üzvlərinin və qohumlarının istəyi ilə A.Zeynalov bankdan 7 min manata yaxın pul götürüb və pulu danışdıqları kimi qayını E.Hacıyevə verib. E.Hacıyev də bu pula avtomobil alıb və ödənişləri vaxtı-vaxtında həyata keçirəcəyinə söz verib. Lakin bir neçə ay keçəndən sonra E.Hacıyev yeznəsinin bankdan götürüb ona verdiyi kreditin ödənişlərini gecikdirməyə başlayıb. Bankdan tez-tez xəbərdarlıq zəngləri alan A.Zeynalov dəfələrlə E.Hacıyevə aylıq ödənişləri çatdırmasını bildirsə də, qayını pul verməyib.
Dünən isə A.Zeynalov həyat yoldaşını da götürərək, Şamaxıdan Ağsunun Kalva kəndinə gəlib. O, həyat yoldaşına deyib ki, anası ilə söhbət eləsin və Elşəni ödənişləri etməsinə razı salsınlar.
A.Zeynalov özü isə evdən bir qədər aralıdakı təsərrüfata gedib və burada qayını ilə mübahisə edib. Mübahisə zəminində o qaynını hədələyib və əlindəki balta ilə onun başını partladacağını deyib. E.Hacıyev isə yeznəsinə fermada gözləməsini deyib və evə gedərək tüfəngi götürüb. O, təsərrüfata çatmamış 30-40 metr məsafədən yeznəsi istiqamətinə atəş açıb. Ayaq nahiyəsindən iki güllə yarası alan A.Zeynalov xəstəxanaya aparılarkən keçinib.
Bildirilir ki, E.Hacıyev yeznəsinin xəstəxanaya çatdırılmasına kömək edib. O, bildirib ki, yeznəsinə öldürmək məqsədi ilə deyil, qorxutmaq üçün atəş açıb və buna görə də tüfəngin lüləsini aşağı tutub.
O da məlum olub ki, A.Zeynalovun ayağına dəyən qırmalar əslində öldürücü olmayıb. Sadəcə ilkin tibbi yardım edilmədiyindən o qanitirmədən keçinib.
Xəbəri paylaş
6138 dəfə oxunub.
Digər xəbərlər

4-10-2018, 18:45
Bakıda iki avtobus toqquşdu: yaralılar var - YENİLƏNİB - FOTO
24-04-2021, 03:21
“Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək” - SENSASİYA!
20-07-2017, 16:55
Acundan toyu ilə bağlı AÇIQLAMA
23-11-2016, 16:52
İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi - FOTO
7-01-2019, 12:29
Bu ölkədə dövlət çevrilişi oldu!
1-01-2017, 18:19
Hadisə Bakı konsertinə geyimi ilə damğa vurdu - VİDEO
30-07-2017, 11:06
Teymur Əmraha vəzifə verildi
22-07-2015, 12:05
Xala ilə bacıqızını maşın vurub
24-02-2023, 14:27
Dövlət Xidmətindən “Trendyol”la bağlı RƏSMİ AÇIQLAMA
25-12-2022, 12:21
Siqaret çəkənlərə XƏBƏRDARLIQ: Yaddaşınız pozulacaq