Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qırmızı ət yeyənlər DİQQƏT!
Tarix: 24-10-2015 | Saat: 23:07
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Qırmızı ət yeyənlər DİQQƏT!
Araşdırmalar həddən artıq qırmızı ət yeməyin orqanizmə zərər verdiyini ortaya çıxarıb.
Alimlər qırmızı ətin tərkibindəki zülalların sidikqovucu xüsusiyyət daşıdığını, orqanizmdən daha çox kalsiumun atılmasına, nəticədə sümüklərin zəifləməsinə gətirib çıxardığını bildiriblər. Onlar sümüklərin möhkəm və sağlam qalması üçün qırmızı ət əvəzinə zülalla zəngin olan paxlalı bitkilərə üstünlük verməyi tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, həftədə bir dəfə qırmızı ət yemək kifayətdir. Həftənin digər günlərində isə hindquşu, balıq, yumurta, süd və pendir yemək olar. Lobya, soya lobyası, badam, fındıq, fıstıq və taxıllar da tövsiyə edilən qidalardır.
Bunlar eynilə qırmızı ət kimi zülalla zəngindirlər. Ancaq ondan fərqli olaraq kalsiumun orqanizmdən atılmasına səbəb olmurlar. Bu isə sümüklərin daha möhkəm olmasını təmin edir. Həkimlər bildirirlər ki, 30 yaşdan etibarən qırmızı əti azaldıb alternativ qidalara üstünlük vermək lazımdır. Buna əmək etməklə yaşlılarda rast gəlinən sümük əriməsi, oynaqların çıxması, yeriyə bilməmək, sümük ağrıları kimi halların qarşısı alına bilər.(publika.az)


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___