Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şeyxdən xəbərdarlıq: Zəncir vurmayın
Tarix: 23-10-2015 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

Şeyxdən xəbərdarlıq: Zəncir vurmayın
“Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sabahki Aşura günü ilə bağlı dindarlara müraciət edib.

QMİ-dən verilən məlumata görə, Aşura günü nizam-intizamın təmin edilməsi üçün lazımı addımlar atılacaq.

“Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir.

Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli,qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”-deyə qeyd edilib.

Qeyd edək ki, QMİ rəhbəri Allahşükür Paşazadə də çıxışlarında Aşura günü cənzir vurmağın əleyhinə olduğunu bəyan edib.

“Yəni zəncir vurmaq, qan çıxarmaq, küçələrə çıxıb, səs-küy salmaq olmaz. Çünki bu bizim şəriətə uyğun deyil”.

A.Paşazadə Azərbaycan xalqını Aşura günü keçiriləcək qanvermə aksiyasında qan verməyə dəvət edib.


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___