DİN-dən “vəhabi əməliyyatı” ilə bağlı açıqlama
Tarix: 23-10-2015 | Saat: 17:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Daxili İşlər Nazirliyi dünən axşam saatlarında hüquq-mühafizə orqanlarının birgə əmliyyatı ilə saxlanılan vəhabilər haqda açıqlama yayıb.
Xəbəraz.az verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında Yasamal Prokurorluğu, MTN-in Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşları oktyabrın 22-də saat 21 radələrində Yavər Fərzəliyevə məxsus “Farklı Lahmacun” çay evində əməliyyat tədbiri keçiriblər. Nəticədə çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.
Həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
Xəbəri paylaş
7738 dəfə oxunub.
Digər xəbərlər

17-03-2016, 13:36
Boşananlar ən çox hansı peşə sahibləridir?
3-01-2020, 18:28
Xamneyi Trampın təhdidlərinə cavab verdi
25-05-2015, 16:27
Fazil Mustafa:- "Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır"
25-10-2015, 14:17
Rayon maşınlarına qoyulan qadağa ləğv edilib?
30-03-2023, 10:27
Fazil Mustafanın qardaşından AÇIQLAMA: “Kamera görüntülərinə baxmışam, atəş açılan zaman...”
15-01-2022, 11:54
Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı
11-10-2022, 15:35
Cəlilabada həkim avtoşluq etdi" "Qırmızı işıqa məhəl qoymadı"- VİDEO
12-03-2017, 15:26
Azərbaycanlı müğənninin konsertində ATIŞMA
11-05-2016, 13:20
Ordumuzun dağıtdığı erməni postları - Video
12-01-2018, 16:11
Azərbaycanda qısqanc kişi 27 yaşlı oğlanı niyə güllələdi? - TƏFƏRRÜAT