Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq artisti: Kür qırağının qızıyam - FOTO
Tarix: 23-10-2015 | Saat: 12:25
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Xalq artisti: Kür qırağının qızıyam - FOTO
“Şarmlı qadınam”.

Xalq artisti Məleykə Əsədova “Qatil” filminin təqdimat mərasiminə qatılıb.

Xəbəraz.az Qafqazinfo-ya istinadla xəbər verir ki, xalq artisti kompleksindən danışıb:

“Həyatda sadə və səmimi insanam. Səhnədə olmağı xoşlayıram, obrazlarımı sıxılmadan oynayıram. İnsanların içində isə özümü sərbəst hiss edə bilmirəm. Düşünürəm ki, tək kompleksim budur. Allaha şükür olsun ki, xarici görünüşümlə bağlı kompleksim yoxdur”.

Əsədova gözəllik sirlərini də açıqlayıb:

“Göz ürəyin aynasıdır. İnsan başqaları haqda gözəl sözlər fikirləşəndə, ətrafına gözəl gözlərlə baxanda, həyatı, övladını sevəndə gözəl görünür. Daxilin təmizliyi üzdə bəlli olur. Mənim anadangəlmə üz dərim təmizdir, bu genetikamda var. Kür qırağının qızıyam, şarmlı qadınam. Allahıma şükür edirəm ki, təmiz qəlbim var. Xarici görünüş önəmli deyil, əsas daxilini saf saxlamaq lazımdır”.

Xalq artisti: Kür qırağının qızıyam - FOTO
Xalq artisti: Kür qırağının qızıyam - FOTO
Xalq artisti: Kür qırağının qızıyam - FOTO


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___