Sabunçuda böyük söküntü
Tarix: 20-10-2015 | Saat: 19:56
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Hökumət çox mühüm qərara imza atdı.
Azərbaycan hökuməti Bakının Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən Oxu.Az-a verilən məlumata görə, qərar əsasən, Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 5 illik “Pilot layihə” həyata keçiriləcək.
Layihə çərçivəsində şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını nəzərdə tutulur.
Qərara əsasən, Sabunçuda söküntü işlərini aparacaq tikinti şirkətləri öz vəsaitləri hesabına sökülən qəzalı tikililərin ərazisində yeni çoxmənzilli yaşayış binaları ucaltmalıdırlar.
Bundan başqa, hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri mülki qanunvericiliyə əsasən sahiblərinin razılığı və haqqı ödənilməklə alınacaq
Tikinti işlərini aparacaq şirkətlər sökülən qəzalı binaların sakinlərini yeni yaşayış binası tikilənədək kirayə mənzillərdə yerləşdirməli, işlər başa çatdıqdan sonra isə onlara yeni binalarda mənzil verməlidirlər.
Baş nazir Artur Rasizadənin imzaladığı qərar artıq qüvvəyə minib.
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

3-12-2022, 13:09
Yeniyetmə kolbasaya siçan dərmanı qataraq intihara cəhd etdi
15-06-2017, 10:24
Dondurmanın içindən toyuq sümüyü çıxdı - Bakıda - VİDEO
22-05-2017, 20:08
İcra Hakimiyyətindən konsertdə çıxış edən cinsi azlıq nümayəndəsi müğənni ilə bağlı AÇIQLAMA (VİDEO)
2-08-2018, 22:35
Superkubok matçını idarə edəcək hakimlər bəlli oldu
19-02-2016, 18:46
Yol polisinin maşınını əzən şəxslə bağlı MARAQLI FAKTLAR
7-07-2015, 14:10
Nazirlikdə dəyişiklik - Təhsil naziri əmr verdi
7-07-2016, 15:15
Xaltan qəbiristanlığı yanır
16-04-2022, 17:21
Ukrayna Rusiyanın itkilərinin sayını AÇIQLADI