Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bu yollarda maşınlar saatda 340 km sürətlə sürüləcək
Tarix: 17-10-2015 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda bu yollarda maşınlar saatda 340 km sürətlə sürüləcək

Gələn il Bakıda Formula-1 (F1) Avropa qran-prisi keçiriləcək

Yarışların marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai ANS-in suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

-Formula-1 yarışlarına hazırlıq necə gedir?

-Hazırlıqlar cədvələ uyğun olaraq gedir. Bildiyiniz kimi, ilkin təqvimə görə yarışın keçirilməsi gələn il iyunun 19-na planlaşdırılıb. Hazırda Bəhreynin Avtomobil Federasiyasından nümayəndələr gəlib və onlar bizim əməkdaşlarla təcrübə mübadiləsi aparır.

-Nəyə görə məhz Bakıda keçiriləcək F-1-in mərhələsi Avropa qran-prisi adlanır?

-F-1 beynəlxalq bir çempionatdır, 187 ölkədə izlənilir və 5 qitədə keçirilir. Təşkilatçılar bir-birindən müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Bəzi yarışlar səhər, bəziləri gecə, bəzi yarışlar avtodromda, bəzi yarışlar şəhərin mərkəzində keçirilir və coğrafi məkana görə də fərqlənir. Bizim yarışın Avropa qran-prisi adlandırılması isə coğrafi məkana görədir. Düşünürəm ki, bu, Avropadan olan azarkeşlərin cəlb edilməsi və Bakının turizm məkanı kimi onlara təqdim olunması baxımından Azərbaycan üçün çox sərfəlidir.

-Turistlərdən söz düşmüşkən. Daha çox turist cəlb etmək üçün hansı işlər görülür?

-Bakıda keçiriləcək yarışı tanıtmaq və turistləri cəlb etmək üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu il ərzində bu yarışa qədər bir çox tədbirlər planımızda var. Əbu-Dabidə də danışıqlar gedir və ola bilsin orada tanıtım stendləri olacaq. Ancaq bunların hamısı hələ danışıq mərhələsindədir. Digər tərəfdən, turistləri cəlb etmək üçün biz Bakını tanıtmalıyıq. Bakıdakı yarış Sinqapur modeli üzrə keçiriləcək, yəni şəhərin mərkəzində baş tutacaq. Yarış dairəsi 6 kilometrdir. Yarış Hökümət Evinin önündən start götürəcək və bitəcək. Yarışın özəlliyi isə odur ki, azarkeşlər şəhərin 3 simasını görə biləcəklər. Öncə bolidlər İçərişəhərdə dövr edəcəklər, digər tərəfdən yeni tikililərimizi göstərə biləcəyik. Daha sonra onlar bulvar ətrafı zonadan da keçəcəklər. Burada bolidlər saatda 340 kilometr sürəti yığa biləcəklər ki, bu da Bakıdakı trası ən sürətli traslardan edəcək.

Bunların hamısı avtomobil yarışlarını sevənlər üçün cəlbedicidir. Buna görə də reklamlar və promo çarxlarda yarışın bu məqamlarını vurğulamağa çalışacağıq.

-Bakıda keçiriləcək mərhələ Monako və Sinqapurdakı kimi şəhərdaxili olacaq. Hansı yerləri əhatə edəcək və artıq nə zamandan başlayaraq xüsusi asfalt qatının döşənməsinə, tribunaların, pit-stopların quraşdırılmasına başlanacaq?

-Yarış Hökümət Evinin qarşısından start götürür və oradan başlayaraq avtomobillər “Marriott Absheron” otelinin ətrafından dövr edəcək, saat əqrəbinin əks istiqamətində dövrə vuracaq. O yollardan keçərək Zevin küçəsində yuxarı qalxacaq və Qoşa qala qapılarının ətrafından dövr edəcək və yenidən “Four seasons” otelinin sağ tərəfindən bulvara qayıdacaq. Gördüyünüz kimi, bu trasda çoxlu eniş-yoxuşlar var və bu da bizim trası xüsusi və özəl edir.

Asfalt örtüyünə gəldikdə isə bizim cədvələ uyğun olaraq tras boyu asfalt qatı salınmalıdır. Bu işləri də gələn ildən başlamağa planlaşdırırıq. Onu da qeyd edim ki, bu xüsusi asfalt qatı yarışlar bitəndən sonra Bakı sakinlərinin istifadəsində olacaq və sakinlərin narahat etməmək üçün bu işlər hissə-hissə ediləcək.

-Turnirin iyul ayından iyun ayına keçirilməsi ümumi işlərə təsir göstərəməyəcək ki? Yoxsa bu, işlərin daha da sürətləndirilməsinə səbəb olacaq?

-F-1 yarışlarına ev sahibliyi edən ölkələrdə təşkilatçı şirkətlər bilirlər ki, dekabr ayında rəsmi cədvəl çıxır və ona qədər əvvəlcədən olan bütün təqvimlərə ilkin təqvim kimi yanaşırlar. Biz də istisna deyilik. İlkin təqvimə görə, iyul ayı nəzərdə tutulmuşdu, ancaq iyun ayına keçirildi və bu, bizim üçün sürpriz olmadı. Biz işlərimizi bu təqvimə görə planlaşdırmışıq. Ancaq bu da hələ rəsmi təqvim deyil, çünkü son qərar dekabrın əvvəlində bəlli olacaq və o təqvim son təqvim olacaq.

-Bəs biletlərin qiyməti necə olacaq?

-Biz hazırda trasın hansı hissələrində tribunaların yerləşdirilməsi və tribunalarda oturacaq yerlərinin necə olması haqda müzakirələr aparırıq. Təəssüf ki, mən biletlərin qiymətləri barədə heç nə deyə bilməyəcəm. Çünki qiymətlər tribunalarda olan oturacaq yerlərindən və tribunaların yerləşdiyi məkandan aslı olacaq. Lakin onu qeyd edim ki, müxtəlif bilet paketləri olacaq, yəni o biletlər həm konsert proqramlarına, həm əyləncə proqramlarına girişi təmin edəcək, həm də 3 günlük təsnifat mərhələsini əhatə edəcək. Yəni hər kəs özünə uyğun olan bir bileti seçə biləcək. Şəhər sakinləri üçün isə xüsusi biletlər olacaq. Hansı ki, onlar yarısı ayaq üstə izləyə biləcək. F-1 şəhərciyinə daxil olmaq imkanı olacaq, yəni hər kəs özünə uyğun bir paketi seçə biləcək.

-F-1 şəhərciyi harada yerləşəcək?

-F-1 şəhərciyi F-1 yarışlarını keçirən ölkələrdə olur. Bakıda isə F-1 şəhərciyi bir neçə yerdə olacaq, lakin ən əsası isə start-finiş zonası ilə üzbəüzdə yerləşəcək. Hökümət Evi ilə üzbəüz və F-1 şəhərciyinin müxtəlif hissələri olacaq. Bu şəhərcikdə müxtəlif müsabiqələr, konsert proqramları, əyləncə tədbirləri keçiriləcək.

Hazırda biz 19500-20000 ədəd oturacağın olmasını düşünürük, lakin ümumi tamaşaçıların sayını 40 min nəfər gözləyirik. Çünki ayaqüstü yerlər də olacaq. Düşünürük ki, yarışlarda 40 min tamaşaçı olacaq.

-Bakıda keçiriləcək F-1 yarışının sponsorları haqda nə deyə bilərsiniz? Bu arada yarışların yayım hüququnun hansı telekanala veriləcəyi artıq bəllidirmi?

-F-1 yarışları 187 ölkədə yayımlanır və 500 miliyon TV izləyicisi var. Bu, futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından sonra 3-cü yerdə olan yarışdır. Hazırda “İdman Azərbaycan” kanalı bütün yarışları yayımlayır, ancaq Bakıdakı yarışı hansı kanalın yayımlayacağı hələ danışıqlar mərhələsindədir. Sponsorlar barədə isə hələ heç nə deyə bilmərəm.

-Yarışlar zamanı təhlükəsizliyi təmin etmək üçün hansı işlər aparılır?

-Təhlükəsizliklə bağlı çox ciddi işbirliyi olmalıdır və biz indi aidiyyəti dövlət qurumları ilə planlarımızı qururuq.



4958 dəfə oxunub.

Digər xəbərlər
8-03-2018, 10:36 Cəhbədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___