Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bacısını öldürən tələbə məhkəmə qarşısında
Tarix: 15-10-2015, 20:08 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Bacısını öldürən tələbə məhkəmə qarşısında
Xeberaz.az-ın aldığıı məlumata görə Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, Eldar İsmayılovun sədrliyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim deyib ki, Pərvanə Nuriyeva qətli anlaqsız vəziyyətdə törədib.

Daha sonra iclasda zərərçəkmiş şəxsin nümayəndəsi, qızların atası Etibar Nuriyev prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib, prosesin qapalı keçirilməsinə qərar verilib. Bundan sonra məhkəmə baxışı oktyabrın 20-nə təyin olunub.

Qeyd edək ki, ötən il oktyabrın 22-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində yaşamış, 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq -mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G. Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub. 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olub.

4798 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___