Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xədicə İsmayıl şüşə kabinədən çıxarılmadı
Tarix: 15-10-2015 | Saat: 17:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Xədicə İsmayıl şüşə kabinədən çıxarılmadı

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apelyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, məhkəmə prosesi hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilib.

Hakim öncə Xədicə İsmayılın məhkəmə tərkibinə etirazının olub-olmadığını soruşdu.

X.İsmayıl isə suala belə cavab verdi: “Onsuz da ədalətli hakim yoxdur”.

Daha sonra jurnalist vəkil Yalçın İmanovun onun hüquqlarını müdafiə etməsi ilə bağlı şifahi vəsatət verdi.

Vəkil Fəxrəddin Mehdiyev jurnalistin şüşə kabinədən çıxarılması, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin qismən istintaqla aparılması ilə bağlı vəsatətlər qaldırsa da onların heç biri təmin olunmadı.

X.İsmayılın buna münasibəti belə oldu: “Birinci instansiya məhkəməsi mənim günahsız olduğumu bilirdi və bilərəkdən belə qərar çıxardı. Sizdən də eyni şeyi gözləyirəm. Qərarı nə qədər tez çıxarsanız, bu iş də Avropa Məhkəməsinə o qədər tez çıxa bilər”.

X.İsmayıl istintaq zamanı hüquqlarının pozulduğunu da dedi.

Məhkəmənin növbəti iclası oktyabrın 29-u saat 15:00-a təyin olunub.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___