Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təyyarədə uşaq dünyaya gətirdi - göydə qəribə hadisə - VİDEO
Tarix: 15-10-2015 | Saat: 15:56
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV / Ekskluziv | çapa göndər

Təyyarədə uşaq dünyaya gətirdi - göydə qəribə hadisə - VİDEO
Çindən ABŞ-a uçan təyyarədə qeyri-adi vəziyyət yaşanıb. Sərnişinlərdən birinin səsi laynerdə terror həyəcanı yaratsa da, tezliklə vəziyyətin başqa olduğu üzə çıxıb. Yerdən 10 min metr hündürlükdə sancısı başlayan hamilə qadın, ekipaj üzvlərinin yardımı ilə uşaq dünyaya gətirib.

Doğum qeydə alınarkən qadın 32 həftəlik hamilə imiş. Onun bəxti həm də onda gətirib ki, sərnişinlər arasında həkim də olub. Həmin tibb işçisinin təlimatları əsasında doğuşun tam təhlükəsiz şəraitdə gerçəkləşməsi təmin olunub. Digər sərnişinlər yerdən minlərlə metr hündürlükdə dünyaya gələn uşağı alqışlarla qarşılayıb.

Bu olaydan 30 dəqiqə sonra təyyarə benzin doldurmaq üçün Ankoric şəhərindəki Ted Stivens hava limanına enib. Ana və uşağı xəstəxanaya göndərilib, doğuşa səhnə olan təyyarə isə uçuşu davam etdirib. Xəstəxanadan qadının və yeni doğulan körpəsinin vəziyyətinin yaxşı olduğu açıqlanıb. Başqa bir maraqlı məqam isə, uşağın milliyəti ilə bağlıdır. Anası tayvan vətəndaşı olsa da, ABŞ səmasında dünyaya gəldiyi üçün, uşaq amerikalı statusu daşıyacaq.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___