Bakının Xətai rayonunda “Yapon bağı“ salınıb - Fotolar
Tarix: 15-10-2015 | Saat: 14:37
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Bakı şəhərinin Xətai rayonunda, Heydər Əliyev parkı ərazisində “Yapon bağı”nın açılışı olub
Açılış mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, Yaponiya ilə ikitərəfli əməkdaşlığın qurulması naminə “Kosugi” şirkətinin rəhbəri Saki Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin sentyabr və dekabr aylarında Bakıda, o cümlədən Xətai rayonunda səfərdə olub.
O bildirib ki, səfər çərçivəsində Xətai rayonundakı Heydər parkında “Yapon bağı”nın salınması qərara alınıb: “Bağın tikintisinə 2015-ci ilin fevral ayından başlanıb və işlər iyul ayında başa çatıb. Parkda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Həmçinin Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından "Şəlalə" kompleksi qurulub. Yaponiya Azərbaycanın strateji tərəfdaşıdır və hesab edirəm ki, bu əməkdaşlıq hər iki xalqın tərəqqisinə xidmət edəcək”.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında qeyd edib ki, bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından əhəmiyyətlidir: "Mən çox şadam ki, Bakıda belə bir bağ inşa edilib. Ümid edirəm ki, iki ölkə arasında dostluq əlaqələri daha da inkişaf edəcək”.
Azərbaycan Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev isə bildirib ki, son illər ölkədə aparılan quruculuq işləri sayəsində 52 park salınıb və 100-dən artıq park təmir edilib. Onun sözlərinə görə, Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və sonradan hər iki dövlət arasında əlaqələr qurulub: “Mən ümid edirəm ki, bu bağ Bakı sakinlərinin istirahətində mühüm rol oynayacaq”.
Sonda bağla tanışlıq olub.
Xəbəri paylaş
2 0008 dəfə oxunub.
Digər xəbərlər

3-05-2020, 19:56
Şəhərlərə giriş-çıxış qadağasının müddəti uzadıldı - Türkiyədə
21-04-2016, 22:54
Lavrov İrəvandadır
7-06-2018, 14:18
ADİU-nun müəllimi Baş prokurordan kömək istəyir- Adları işdə,özləri xaricdə olan müəllimlərin məvacibini kimlər mənimsəyib?
19-08-2015, 21:17
Qriqorçuk: Cavid Hüseynovun olmaması - böyük itkidir
2-08-2015, 00:53
Rəqsanənin müzakirəyə səbəb olan fotaları
16-07-2016, 22:14
DİQQƏT! Azərbaycanda viruslu yumurta satılır
27-09-2017, 17:15
Vüqar Qaradağlının "qara siyahı"sına düşən məşhurlar - çoxu xanımlardır
27-04-2016, 18:09
Yay mövsümündə bu naxışlar göz oxşayacaq - FOTOLAR
3-04-2016, 16:58
Tərtər və Ağdam ərazisində gedən döyülşlərdə yaralanan ƏSgərimiz
3-10-2022, 08:52
Mahnının sözlərini bilmədiyi üçün döyülən musiqiçi öldü