Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçmiş icra başçısı polis şöbəsinə çağırıldı
Tarix: 14-10-2015 | Saat: 21:43
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Keçmiş icra başçısı polis şöbəsinə çağırıldı

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər Özünümüdafiə Batalyonunun komandanı olmuş Sərdar Həmidov axşam saatlarında Tərtər Rayon Polis Şöbəsinə çağırılıb

Xəbəraz.az xəbər verir ki, bu məlumatı musavat.com-a onun oğlu, 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə verib:

“Bu gün rayonun Mamırlı kəndində izdihamlı görüş keçirərkən kəndin bələdiyyə sədri Kamal Quliyev görüş iştirakçılarının şəkillərini çəkib insanlarda qorxu hissi yaratmaq, daha sonra isə təzyiq etmək niyyəti güdürdü. Atam, eyni zamanda vəkilim Sərdar Həmidov ona yaxınlaşıb insanların şəkillərini çəkdiyini, seçki prosesinə qanunsuz müdaxilə etdiyini soruşdu və mübahisə yarandı.

Daha sonra həmin adam polisə gedərək şikayət verib ki, guya atam ona qarsi fiziki zor işlədib. Birinci sürücümüz olan İlham Cəfərovu polisə çağırdılar, axşam saat 19 radələrində isə atamı şöbəyə çağırdılar. Hazırda atam Tərtər Rayon Polis Şöbəsindədir. Sərdar Həmidov müharibə vaxtı aldığı xəsarətlər səbəbindən uzun müddətdir xəstədir və onun bu durumunda kiməsə qarşı fiziki zor işlətməsi mümkünsüzdür”.


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___