Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 ay ərzində 60 süni maneə söküldü – VİDEO
Tarix: 14-10-2015 | Saat: 16:16
Bölmə:Karusel / Gündəm / Foto-fakt / Xəbəraz TV | çapa göndər

1 ay ərzində 60 süni maneə söküldü – VİDEO
Növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq qoyulan süni maneələrin, yəni tramplinlərin sökülməsi işlərini davam etdirir.

Ümumilikdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 60 tramplin sökülüb.

İlkin olaraq yolun hərəkət hissəsinə süni maneə quraşdıranlara xəbərdarlıq edilib ki, bu cür süni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___