Moskva Qarabağda güc tətbiqindən imtina etməyə çağırır
Tarix: 14-10-2015 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər
“Gərginliyin davamı yolverilməzdir”.
Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qüvvə tətbiq etməkdən imtina etməyə və güzəştlərə nail olmaq üçün siyasi iradə göstərməyə çağırıb, bu barədə Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
“Təəssüf ki, münaqişə zonasında vəziyyətin gərginləşməsi, qurbanların, o cümlədən də dinc əhali arasında qurbanların sayının artması nəticəsində siyasi dialoqun bərpası çətinləşir. Biz gərginliyin davamının yolverilməz olduğundan çıxış edirik. Münaqişə tərəflərini qüvvə tətbiq etməkdən imtina etməyə və güzəştlərə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırıq”, - o, deyib.
Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusuna Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin aprel-may aylarında Moskva səfərinin gedişatında ətraflı baxılıb.
“O, Sergey Lavrov və onun xarici həmkarları ilə əlaqələrinin cari mövzusudur. Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində RF xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Bu görüşdə bu ay həmsədrlərin regiona səfəri ərəfəsində praktiki məsələlər nəzərdən keçirilib”, - o, əlavə edib.
Xəbəri paylaş
7288 dəfə oxunub.
Digər xəbərlər

10-07-2017, 11:08
Azərbaycanlı gəlin namizəd Naz - Ağaoğlu ilə bir arada
15-09-2020, 15:39
Acun Ilıcalının 125 milyonluq villasını kim aldı? - FOTO
16-03-2019, 17:02
İlham Əliyev əfv sərəncamı imzaladı - Tam siyahı
18-01-2018, 10:45
İsa Qəmbər bu gün evə buraxılacaq
31-07-2018, 18:00
Avqustda hava necə olacaq - Nazirlik açıqladı
30-11-2018, 12:48
2019-cu ilin yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQLƏNDİ
21-08-2023, 11:51
5 saat yuxu erkən ölümə səbəb ola bilər