Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 90 min dollarlıq böcək — VİDEO
Tarix: 14-10-2015 | Saat: 00:28
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Azərbaycanda 90 min dollarlıq böcək — VİDEO
Azərbaycan ərazisində yastıbığlılar fəsiləsinə aid nadir böcək növünə rast gəlinib.

“Kərkədan böcəyi” adlanan həşərat Astaranın Şiyəkəran kənd sakini Yunus Qulamov tərəfindən yaşadığı evin həyətində aşkar olunub.

Onlar alın hissələrində buynuzşəkilli çıxıntı olduğu üçün belə adlanırlar. Avropa, Şimali Afrika, Orta və Kiçik Asiya, Qafqaz və Qərbi Sibirin cənubunda yaşayan bu növ həşərətlara latınca “Oryctes Nasicornis” deyilir. Sözügedən böcəklər öz ağırlıqlarının təxminən 30 qat artığını daşıma iqtidarında olduqları üçün dünyanın ən güclü həşəratı kimi tanınırlar.
Yunus Qulamov uzunluğu 4-5 santimetr olan həşəratın çox güclü olduğunu, bir neçə dəfə saxlandığı karton qutunu açıb çıxdığını bildirib.

Qeyd edək ki, son vaxtlar bu böcək insanların diqqət mərkəzinə düşüb. Buna səbəb “kərkədan böcəyi”nin yüksək məbləğdə maddi dəyərinin olmasıdır. Türkiyə mətbuatı sözügedən həşəratın, xüsusilə Uzaq Şərq ölkələrində qiymətli bir canlı olduğunu, 90 min dollar civarında satıldığı yazır. (report)


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
23-08-2015, 14:15 Ağstafa atəş altında

bütün xəbərlər
____ Instagram ___