Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millimizin son ev oyunu
Tarix: 10-10-2015, 18:15 | Saat: 15:47:00
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Millimizin son ev oyunu




Futbol üzrə milli komandamız bu gün növbəti oyununa çıxacaq. Xeberaz.az Apasport.az saytının məlumatına istinadən xəbər verir ki, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşacaq.

Görüş əsas millimizin tsikldə son ev oyunu olacaq. Qrupdakı son 4 matçında yenilməyən Robert Prosineçkinin yetirmələri heç vaxt xal ala bilmədiyi İtaliya qarşısında bir ilki reallaşdırmaq istəyir.

Qarşılaşma millimiz üçün qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından da önəmli ola bilər. Belə ki, hesabında 6 xal olan əsas komandamız 4-cü yer uğrunda mübarizə apardığı Bolqarıstanə keçmək istəyirsə bu oyundan xal almalı, rəqibinin isə büdrəməsini gözləməlidir.

Görüşün Bakı Olimpiya Stadionunda keçiriləcək olması da qarşılaşmaya əlavə maraq qatır. Bu oyun 68 minlik arenada baş tutacaq ilk futbol matçı olacaq ki, millimiz “siftə”ni korlamamaq üçün əlindən gələni edəcək.

Yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün yubiley – 100-cü qarşılaşmada komanda yoldaşları sürpriz edərək kapitana hədiyyə edə bilərlər.


AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr

21:00. Azərbaycan – İtaliya


Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu

3668 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___