Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu onu göstərir ki, İtaliya millisini də büdrədə bilərik.” – Arif Daşdəmirov
Tarix: 07-10-2015 | Saat: 13:16
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Bu onu göstərir ki, İtaliya millisini də büdrədə bilərik.” – Arif Daşdəmirov


“İtaliyanı büdrədə bilərik” – Arif Daşdəmirov

“İtaliya ilə oyunun əhəmiyyəti bizim üçün böyükdü. Çünki bu matçda bir neçə ilk yaşanacaq”. Bunu Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov deyib.

Milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanı qəbul edəcək, bundan 3 gün sonra isə Bolqarıstanla səfərdə üz-üzə gələcək. Daşdəmirov İtaliya ilə qarşılaşmada böyük ajiotaj olmasını gözlədiyini bildirib: “Bakı Olimpiya Stadionunun açılışını edəcəyik. Yığmamızın bu arenada ilk matçını italyanlara qarşı keçirməsinin də ayrı önəmi var. Çox sevinirəm ki, bu stadiona ilk ayaq basanlardan biri də mən olacam. Azarkeşlərin tribunaları dolduracağına inanıram. Çünki həm rəqib İtaliyadı, həm də biz son vaxtlar uğurlu çıxış edirik”.

“Qəbələ”nin müdafiəçisi dünya və Avropa çempionundan xal almağın möcüzə olmadığını düşünür: “Norveçlə səfərdə, Xorvatiya ilə evdə bərabərə qaldıq. Nəzərə alaq ki, xorvatlar hazırda dünyanın ən güclü yığmalarından biridi. Bu onu göstərir ki, İtaliya millisini də büdrədə bilərik. İki klubumuzun Avropa Liqasının qrupunda mübarizə aparması da təcrübə baxımından bizə çox kömək edib. Bu təcrübədən yığmanın oyununda da yararlanmaq lazımdı”.

Qeyd edək ki, 2010-cu ildən əsas yığmaya dəvət alan Arif Daşdəmirov ümumilikdə 7 oyunda iştirak edib.


Xəbəri paylaş

5678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___