Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramin Musayev: Deyirlәr ki, hakimlәr tapşırıqla işlәyir...
Tarix: 07-10-2015 | Saat: 12:36
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ramin Musayev: Deyirlәr ki, hakimlәr tapşırıqla işlәyir...




Bu gün Azәrbaycan Kubokunun püşkatması keçirilir.
Xeberaz.az "Qafqazinfo"ya istinadən xәbәr verir ki, AFFA-nın İnzibati binasında baş tutan tәdbirdә öncә Peşәkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib.


O, püşkatma vә komandalar haqqında fikirlәrini bildirib: "Bu gün püşkatma mәrasiminә görә hәr birinizi tәbrik edirәm. Arzu edirәm ki, layiq komanda qalib olsun. Çalışacağıq ki, әdalәti qoruyaq. Bәzәn sәhvlәr olur. Onları rәhbәrlәrin boynuna yıxırlar. Çalışacağıq ki, problem olmasın. Keçәn mövsüm final oyununda problem yaşanmadı. İstәyirik ki, bu il dә elә olsun. Bәzәn deyirlәr ki, hakimlәr tapşırıqla işlәyir. Bunlar yalandır. Hakim dә insandır. O da səhv edә bilәr. Üç gün öncә hakimlәrlә görüşdük, söhbәt etdik. Hәr bir hakim epizod haqqında fikrini bildirdi. Hakimlәr hәrәsi bir fikir bildirdi. Amma qәrar bir dәnә olmalıdır.

Әksәriyyәtiniz futbol oynamısız vә bilirsiz ki, hakim ani qәrar vermәlidir. Biz isә montior arxasında oturub baxırıq. Mәn hakimlәrә bәraәt qazandırmıram. Çalışırıq ki, yaxşı olsun. Hadisә olanda onu başqa yerә yönәltmәk lazım deyil. Heç bir hakim oyuna tapşırıqla getmir. Yeni rәhbәrlikdәn sonra ümumiyyәtlә belә şey olmayıb. Gәlin olmayan şeyi danışmayaq. Bәzәn klub rәhbәri zәng vurur ki, Ramin müәllim filan komandanı qabağa çәkirlәr. Adamın gülmәyi gәlir. "Qarabağ"a kömәk edildiyi deyilir. O gün verilişdә hakimlikdәn ancaq danışdılar. Әgәr yaxşı mütәxәssissә, oyundan, futbolçudan danış. Hakimin sәhv etdiyini hamı bilir. Bunu şişirtmәk lazım deyil. Bütün klublar burdadır. Hazırda fasilәdir, vaxt var. Oyunçuları yığın, söhbәt edin. Futboldan sual verin. Yersiz vәrәqәlәr alınır. Bunun bizә xeyri olsa da, belә pul lazım deyil".


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___