Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidin xatırəsini əbədiləşdirməyə nə mane olur... - Satılan kafe, yoxsa ət dükanı?
Tarix: 07-10-2015 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Şəhidin xatırəsini əbədiləşdirməyə nə mane olur... - Satılan kafe, yoxsa ət dükanı?



Xeberaz.az xəbər verir ki, bu günlərdə Azinforum.az vətəndaş Bağırov Fikrət Əli oğlunun şikayəti əsasında məqalə təqdim etmişdi

Həmin məqalədə 1992-ci ildə şəhid olan Bağırov Rəşidin adının əbədiləşdirilməsi üçün ayrılan yerdən tamamilə başqa məqsədlər üçün istifadə olunduğundan bəhs edilirdi.

Şikayətçi bildirirdi ki, şəhid olan Rəşid onun doğma qardaşıdır və onların Məhərrəm adlı digər qardaşı Xətai rayon İcra Hakimiyyəti tərəfindən şəhidin xatirəsini əbədiləşdirmək üçün ayrılan yerdə kafe düzəldib. Bağırov Fikrət əlaqədar qurumlardan şəhidin adına bir xatirə lövhəsinin açılmasına şərait yaratmalarını tələb edirdi.

Həmin məqalədə adı çəkilən Bağırov Məhərrəm Əli oğlu Azinforum.az-la əlaqə saxlayaraq qardaşının şikayətindəki məqamların doğru olmadığını bildirib və qarşı tərəf kimi onun da mövqeyini işiqlandırmağımızı xahiş edib. Özünü dövlət qulluqçusu kimi təqdim edən Bağırov Məhərrəm bizimlə söhbətində bildirdi ki, şəhidin adını əbədiləşdirmək üçün ayrılan yer “UPD” qəsəbəsindəki klubla üz-üzə düşür:
“Hazırda həmin yerdə ət dükanı fəaliyyət göstərir. Mənim kafemin isə Fikrətin qeyd etdiyi əraziyə aidiyyəti yoxdur. Kiçik qardaşım olan Fikrətin məqsədi mənim obyektimə şərik çıxmaqdır”.

Məhərrəm Bağırov bizə geniş məzmunlu məktub göndərəcəyinə söz versə də, mövqeyini kiçik bir qeydlə əvəz edib. Onun ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

“Hər kəsi salamlayır və hörmətimi bildirirəm.
Hörmətli redaktor və redaksiya heyətinin üzvləri, virtual qəzetinizin 30 sentyabr 2015-ci il tarixində mənim –Bagırlı Məhərrəm Əli oğlunun və Xətai rayon İcra Hakimiyyəti barədə qardaşım sayılan Bağırov Fikrət Əli oğlunun şikayət ərizəsini ikrah hissi ilə oxudum. Məlum oldu ki, guya mən şəhid büstü qoyulması üçün ayrılmış yerdə kafe tikmişəm, antisanitar şərait yaratmışam.
Məlumat üçün bildirirəm ki, bu yazı həqiqəti əks etdirmir və real gerçəkliklərə əsaslanan arqumentlərlə sübuta yetirilməli və təkzib edilməli bir yazıdır.

Sizdən xahiş edirəm ərizədə göstərilənlərə əlaqədar araşdırma aparmaqla, şəxsiyyətimə toxunan məqamlara işıq tutasınız.

Sizə hörmətlə, Bağırlı Məhərrəm Əli oğlu”.
Xətai rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, büst xüsusi sərəncam əsasında əsasən də Milli Qəhrəmanlara qoyulur. Şəhidin xatirəsinin əbədiləşdirilməsinə dair şikayətçidə hər hansı rəsmi sənəd varsa , buyursun bizə təqdim etsin.

Şikayətçi ilə bu barədə maraqlandıq. FikrətBağırov bildirdi ki, bu məsələyə aid bütün müvafiq sənədlər Məhərrəmdədir:
“Ola bilər ki, mən büst və ya xatirə lövhəsi məsələsində səhv edərəm, ancaq yenə də söhbət qardaşımın xatirəsi üçün ayrılan yerin təyinatı üzrə abadlaşdırılmasından gedir. Mənim tələbim budur”.

Aparılan araşdırma nəticəsində müəyyən edib ki, hazırda barəsində danışılan kafe ərazisi Məhərrəm Bağırov tərəfindən Məmmədova Günay Fərrux qızına satılıb. Günay xanımın adından alqı-satqıya onun qanuni nümayəndəsi sayılan qardaşı Məmmədov Babək Fərrux oğlu imza atıb. Azinforum.az həmin müqavilənin sürətini də əldə edib.

Şəhidin xatırəsini əbədiləşdirməyə nə mane olur... - Satılan kafe, yoxsa ət dükanı?

Biz edilən şikayətlə bağlı maksimum dərəcədə obyektiv araşdırma aparmağa çalışdıq. Ancaq hələ də cavab tapa bilmədiyimiz bir məqam oldu- niyə kimlərsə şəhid adı ilə manipuliyasiya edib nəsə qazanmaq istəyir? Onun xatirəsinin əbədiləşdirməsi üçün ayrılan yeri tələb etmək uğrunda isə, biz sona qədər mübarizə aparmaqda maraqlıyıq. Çünki şəhidin tapdanan haqqını bərpa etmək yalnız bir ailənin problemi sayılmır. Bu istiqamətdə gördüyümüz işlə bağlı heç kim bizə ı irad bildirə bilməz. Bizə o da bəllidir ki, Azərbaycan dövləti şəhid ailələrinə xüsusi qayğı və ehtiramla yanaşır. Ümidvarıq ki, bu problem də əlaqədar qurumların məsələyə müdaxiləsindən sonra öz müsbət həllini tapmış olacaq”.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___