Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən ağır cəza İnterə verildi.
Tarix: 06-10-2015 | Saat: 17:50
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Ən ağır cəza İnterə verildi.




İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Xeberaz.az xəbər verir ki, Topaz Premyer Liqasının VII turunun AZAL – “Rəvan” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). “Rəvan” klubunun baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 82).

Topaz Premyer Liqasının VII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün “Xəzər Lənkəran” 1000 manat cərimə olunur (maddə 82).

Topaz Premyer Liqasının VII turunun “Kəpəz” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının VII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 90-cı dəqiqəsində “İnter” klubunun 79 №-li futbolçusu Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur(maddə 42.3). Oyunun 90+3-cü dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur(maddə 42.3).

Oyun başa çatdıqdan sonra “İnter” klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur(maddə 42.4).

Klubların əvəzedici heyətlərinin VII turunun “Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi” klubunun 57 №-li futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Klubların əvəzedici heyətlərinin VII turunun “Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

I Divizionun IV turunun MOİK – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun IV turunun “Şəmkir” – “Ağsu” matçının 70-ci dəqiqəsində “Ağsu” klubunun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur(maddə 42.4).

I Divizionun IV turunun “Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun IV turunun “Qaradağ Lökbatan” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun I turunun təxirə salınmış “Ağsu” – “Zaqatala” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 16-cı dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).




4668 dəfə oxunub.

Digər xəbərlər
31-07-2015, 01:49 İnter 2-0 məğlub oldu

bütün xəbərlər
____ Instagram ___