Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman
Tarix: 28-03-2015 | Saat: 16:19
Bölmə:Karusel / Təhsil / M2 / Qarabağdan xəbər var | çapa göndər

İntiqam-Qarabağ mövzusunda yazılmış Roman


İntiqam hərbi komissarlığa daxil oldu və növbətçi zabitə yaxınlaşaraq özünü təqdim etdi. Növbətçi onun hərbi vəsiqəsinə ötəri baxdı, hərbi salamla salamladı, əli ilə komissarın kabinetini göstərdi. Sonra tələsik telefonun dəstəyini qaldırıb, komssara məruzə etdi.
Uzun və yarıqaranlıq dəhlizin təkəm-seyrək yanan lampaları elə təəssürat yaradırdı ki, sanki onlar yalnız divardakı vaxtı ötmüş plakatları işıqlandırmaq üçün asılmışdı. Qəbul otağının qarşısında öz növbəsini gözləyən bir-neçə hərbçi dayanmışdı. İntiqam dəhlizin sonuna çatar-çatmaz qapı açıldı, yaşlı bir zabit çıxıb onu qarşıladı. Onlar birlikdə qəbul otağına daxil oldular. İntiqam hələ də onu niyə çağırdıqlarının səbəbini anlaya bilmirdi.
Qəbul otağına tələsik, mülki geyimdə uca boylu, atletik cüssəli bir nəfər də gəldi. Tələsik hərəkətlərindən onun hara isə gecikməsi aydın görünürdü. İntiqam saata baxdı - 12:01 idi. Yaşlı zabit hərbi komissarın kabinetdən çıxaraq onların hər ikisini içəri dəvət etdi.
Kabinetdə, uzun, T − formalı masanın başında hərbi komissar əyləşmişdi. O, müavini ilə hansısa sənədlərə qol çəkirdi, çox güman ki, yeni gələn çağırışçıların sənədlərinə. İçəri daxil olanları görüncə hərbi komissar sənədlər toplusunu bir kənara qoyaraq onlara oturmaq üçün sayqı ilə yer göstərdi.
Müavin mülki geyimdə olan adamla xüsusi nəzakətlə salamalaşdı, və sanki sözarası öz xahişini xatırlatdı. O, isə öz növbəsində çox ciddi, amma son dərəcə ehtirmla cavab verdi. Beləliklə onlar söhbətə başladılar...
Bütün bu müddət ərzində İntiqam kabineti nəzərdən keçirirdi. Onun diqqətini divardakı açıq düzbucaqlı ləkə cəlb etdi. Bu ləkə pəncərənin sağında düz komissarın başı üstündə idi. Anlaşılırdı ki, əvvəl orda kiminsə portreti asılmışdı, indi isə yeri boş qalmışdı. Lakin... boş qalan təkcə portretin yeri deyildi...
– Qısa zaman ərzində çox şey dəyişib – deyə İntiqam öz-özünə düşündü. Həqiqətən də bu qısa zamanda böyük dəyişikliklər baş vermişdi...
Sənədlərlə işini qutardıqdan sonra hərbi komissar cibindən bir «Winston» siqareti çıxarıb yandırdı, və müavininin söhbətinə qulaq verərək pultun düyməsini basdı. Mülki şəxs müsahibinin söhbətini həvəssiz, yalnız başını yorğuncasına yırğalamaqla dəstəkliyir və müavinin sövqlə doğulub böyüdüyü dağlardan, bu gün cəmiyyətdə yüksək mövqe tutmuş imkanlı qohum-əqrəbasındən müəyyən vəzifə sahibi olan kəndçilərindən və başqa bu kimi onun üçün əhəmiyyətsiz şeylərdən danışmasına səbirlə qulaq asırdı. Qapını yaşlı zabit açdı və icazə istəyərək kabinetə daxil oldu.
Hərbi komissar –Seyidov İntiqamın sənədlərini hazırlamısınız?
– Bəli.
–Gətir onları.
–Oldu. Getmək olar?
–Hə, birdə ki de çay gətirsinlər, gedə bilərsən.
Otaqdakılara qısa göz gəzdirən komissar azacıq pauzadan sonra, üzünü İntiqama tutdu:
–Özünü necə hiss edirsən?
–Şükür Allaha.
Müavin istehza təbəssümü ilə hərbi komissara baxdı.
Hərbi komissar – Həə, dincəldin, müalicə də olundun. Çox yaxşı. Ümumiyyətlə müalicən nə zaman qutarır?
–Bir aydan sonra.
Söhbətə komissarın müavini qarışaraq:
– Müalicən qutarır, yoxsa məzuniyyətin?
İntiqam sualın sarkazmına tamamilə fikir vermədən:
–Məzuniyyət –deyə etinasızlıqla cavab verdi.
Müavin yenə gülümsəyərək hərbi komissara baxdı:
–Demək müalicən başa çatmışdır?
İntiqam zəhmlə müavinə baxdı lakin heç bir cavab vermədi. Hərbi komissar təəssüflə başını yırğalayıb, oturanlara çay təklif etdi və söhbəti cəbhə mövzusuna çevirdi. Monoloq uzun çəkmədi. Zira otaqda oturanların hər biri başa düşürdü ki, bu gün bura yığışmaqda məqsəd komissarın ön cəbhədəki vəziyyət haqqında mülahizələrinə qulaq asmaq deyil. Yeri gəlmişkən nə komissar, nə də onun müavini müharibə başlayandan bəri bir dəfə də olsun Bakıdan kənara bir addım belə atmamışdılar, odur ki, açılan söhbətin gərəksizliyi kabinetdəkilərin hamısına gün kimi aydın idi.
Kabinetə yenə həmin yaşlı zabit daxil oldu. O hərbi komissara yaxınlaşaraq gətirdiyi sənədlər qovluğunu masanın üstünə qoydu. Komissar siqaretini söndürdü, qovluğu açıb, bir neçə vərəq götürdü. Ləng hərəkətlərlə eynəyini gözünə taxaraq tələsmədən diqqətlə oxumağa başladı. Müavin gülümsəyərək, İntiqama süni bir qibtə ilə baxdı.
–Hə igid, hazırlaş. Səni başqa xidmətə keçirirlər. Hesab elə ki, vəzifəni yüksəldirlər.
Aralığa sükut çökdü... Hərbi komissar təqdirlə başını yellədi və gözünü sənədlərdən çəkmədən sakit səslə dedi:
–Bu əmrdir əzizim, sənin hücumçu-desant batalyonuna təyinatın haqqında əmr.
İntiqam yenə də heç bir cavab vermədi. Müavin qaşlarını düyünlədi, və Intiqama üz tutaraq hərbi komissarın buyruğunu qəzəblə təqib etdi:
–Di yaxşı. Get hazırlaş, səni hücumçu-desnat batalyonuna keçirirlər. Bu isə təyinatın haqqında əmr.
Bunu deyərək müavin hərbi komissarın qarşısında olan qovluğun üstündəki sənədi götürüb İntiqamın qarşısına qoydu. Bu dəfə aralığa çökən sürəkli sükut müavini təmamiylə hövsələdən çıxardı:
–Sənin vaxtın azdır, əgər heç bir sualın yoxdursa gedə bilərsən.
İntiqamın susmağı həyacan doğuran sükutu get-gedə daha da gərginləşdirirdi. Hərbi komissar sənədləri kənara çəkib, başını qaldırdı və diqqətlə İntiqama baxdı:
–Sualın var?
İntiqam – Yox! Nə sualım var, nə də ki, yerimi dəyişmək fikrim!
Hərbi komissar – Sən bizim dəyərli kadrlardansan və sənin xidməti yüksəlişin də təbii bir hadisədir. Əlbəttə ki, vəzifənin artırılmasına da layiqsən. Etirazının səbəbi nədir?
İntiqam – Məni öz batalyonumda gözləyirlər.
Müavin – Amma o biri batalyonda sən daha lazımlısan. Həm də ki, bu əmrdir.
İntiqam – Sənin mənə əmr etməyə heç bir hüququn yoxdur.
Müavin – Hərbi nizamnaməyə görə məzuniyyətdə olan hərbçi hərbi komissarın əmrlərinə tabedir. Müharibə şəraitində isə... elə bilirəm ki, bunun nə demək olduğunu sənə izah etməyə ehtiyac yoxdur.
İntiqam – Aydındır. Amma...
Müavin – Ammasız, filansız!
İntiqam qalxdı. Çay üçün təşəkkür edib sağollaşaraq qapıya tərəf yönəldi. Müavin yerindən qalxıb, şəhadət barmağı ilə masanı döyəcləyərək yüksək tonla İntiqama:
–Seyidov! Siz deyəsən əmri başa düşmədiz!
İntiqam dayandı... və geri qayıtdı. Müavinə yaxınlaşıb üzbəüz durdu... diqqətlə gözlərinin içinə baxıb dişlərinin arasından, aramla, astadan demək olar ki, pıçıltı ilə dedi:
–Aydınlaşdırıram, hərbi komissarlıqa aidiyyəti olmayan hərbi qulluqçuların xidməti yerdəyişmə məsələləri hərbi komissarın səlahiyyətinə daxil deyildir. Və...! qulağında sırğa elə, qalsın, əgər bir daha mənim üstümə səsini qaldırsan, ulqumunu üzərəm.
Sonra Hərbi komissara baxdı:
–Vəziri qarğa olanın ağzı zibillikdə olar.
Və tələsmədən yenə qapıya tərəf yönəldı, qapını açıb dəhlizə çıxdı.
Hərbi komissar növbəti siqaretini yandırıb:
– Gəl də... danış görüm belələri ilə necə danışırsan.
Bayaqdan müşahidəçi mövqeyi tutmuş mülki şəxs üzünü müavinə tutaraq dilləndi:
– Belələrinə əmr vermək üçün müharibənin qoxusunu duyasan gərək. Bu isə o qədər də şirin deyil.

ARDI VAR...

Müəllif: Əli Mədət



5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___