Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtlı cibgir tutuldu - Foto
Tarix: 02-10-2015 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Sumqayıtlı cibgir tutuldu - Foto
Bakı şəhər BPİ Cinayət axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 234.1 maddələri ilə məhkum olunan 1986-ci il təvəllüdlü Nəzərov Ramal Şahmar oğlu müəyyən olunaraq tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, sentyabrın 28-də saat 09 radələrində 133 saylı xətt avtobusunda Bakı şəhər sakini Azad Həmidovun cibindən, içərisində 46 manat və sənədləri olan pul kisəsini gizli yolla talayıb. Eləcə də sentyabrın 30-da 165 nömrəli xətt avtobusunda eyni usulla, adı istintaqla araşdırılan vətəndaşın cibindən 24 manat oğurlamaqla təhlükəli əməllərini davam etdirib.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___