Cəbhədə partlayış: kənd sakini ağır yaralandı
Tarix: 29-09-2015 | Saat: 16:40
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Qamışlığa keçən alovun qarşısını almaq istəyən zaman partlayış baş verib.
Tərtərin Səhləbad kəndində mülki şəxsin ağır yaralanması ilə nəticələnən partlayış baş verib. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Laçın rayonundan məcburi köçkün 50 yaşlı Rizvan Bədəlovun məskunlaşdığı Səhlabad kəndi ərazsindəki keçmiş məktəb binasının yaxınlığında baş verib.
Bildirilir ki, Rizvan Bədəlov axşam saatlarında hasarın kənarına topladığı zibili yandıran zaman alov yaxınlıqdakı qamışlığa keçib. Zərərçəkmiş qamışlıqda başlayan yanğının qarşısını almağa çalışarkən ərazidə olan hərbi sursat qəfildən partlayıb. Partlayış nəticəsində Rizavan Bədəlov ağır yaralanıb. Yaxınları tərəfindən Tərtər MRX-na çatdırılan yaralının vəziyyəti ağır olduğundan Bərdəyə göndərilib.
Partlayış baş verən ərazi
Rizvan Bədəlov - yaralı
"Məhəlləni təmizləyəndə, zibilin içində müharibədən qalmış patron varmış. Od verib patron elə partlayıb, qəlpə gəlib dəyib." - deyə yaralının qardaşı Telman Bədəlov bildirib.
Xəstəxanadan verilən məlumata görə Rizvan Bədəlov hər iki ayağından və qarın boşluğundan qəlpə yaraları alıb. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Partlayan hərbi sursatın iri çaplı pulemyot gülləsi olduğu və I Qarabağ müharibəsi dövründən əraziyə atıldığı ehtimal edilir. Hazırda baş vermiş faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

22-05-2021, 18:22
Səfər Mehdiyevin həbsi gözlənilir: Gömrük Komitəsi isə ləğv olunacaq
7-12-2021, 12:44
Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
12-08-2016, 20:14
Bu sinfin bütün məzunları tələbə oldu - Rekord nəticə
23-04-2020, 17:35
DİN-dən karantin rejimi ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
23-02-2016, 11:31
Şəxsiyyət vəsiqəsi olmayanlara şad xəbər
16-09-2019, 09:26
Azərbaycanda yeni dərs ili başladı
17-07-2016, 02:22
Tvitterdən terrora ikili yanaşma: Türkiyə-Fransa
9-08-2018, 12:02
Xatunla Samiraldo dodaq-dodağa - FOTO
21-02-2017, 00:09
Astroloji proqnoz - 21 fevral
18-08-2020, 21:36
Kim Çen Indən tarixdə görünməmiş qadağa