Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yol Polisindən plyonkalı maşınların sürücülərinə xəbərdarlıq
Tarix: 29-09-2015 | Saat: 15:44
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Yol Polisindən plyonkalı maşınların sürücülərinə xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları pərdə və plyonkalı avtomobillərə nəzarəti davam etdirir

Pərdə və jalüzlərdən qanunda nəzərdə tutulmayan qaydada istifadə edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına bildirib ki, avtomobil qapılarında jalüzdən istifadəyə standartlara əsasən icazə verilir:

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi standartlara əsasən, hava şəraitinin isti keçməsi ilə əlaqədar hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verilib.

Noyabrın 15-də isə “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbi öz qüvvəsini itirir”.

Polkovnikin sözlərinə görə, müəyyən edilən müddətdən sonra jalüzdən, eyni zamanda plyonkalardan istifadə edənlər qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaq.

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___