Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İpoteka faizi kimlər üçün azaldılır?
Tarix: 26-09-2015 | Saat: 23:12
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

İpoteka faizi kimlər üçün azaldılır?


Artıq müəllim və həkimlər də sosial ipoteka ala bilərlər

Ans Tv-nin məlumatına görə, Azərbaycanda müəllim və həkimlər də mənzil şəraitinin yaxşılaşdırmaq üçün sosial ipotekadan yararlana bilərlər.

Hökumətdə müzakirə olunan ipoteka kreditlərinin yumşaldılması ilə yanaşı, bu peşə sahiblərinin də güzəştlər siyahısına daxil edilməsi onların mənzil şəraitlərinin yaxşılaşdırmasına əlçatanlığı artıracaq.

Bu təkliflə Milli Məclisdə çıxış edəcəyini deyən millət vəkili Musa Quliyev bildirib ki, müəllim və həkimlərin də sosial ipoteka şansı yaranmalıdır. Büdcə sektorunda çalışan müəllim və həkimlərin maaşları o qədər də yüksək olmadığı üçün onlar üçün xüsusi ipoteka şərtlərinin yaradılması məqsədi ilə bu qaydalara əlavələr etmək lazımdır.

Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, ipoteka üçün 200 milyon manat vəsait ayrılıb. Dövlət başçısının ipoteka kreditlərinin şərtlərini yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə bağlı verdiyi göstəriş əsasında Mərkəzi Bank yeni təkliflər hazırlayıb. Təkliflərdə ipoteka məbləğinin iki dəfə artırılıb 100 min manata çatdırılması, sosial ipotekanını faiz dərəcəsinin 2 faizə, adi ipotekanını faiz dərəcəsini isə 6 faizə endirilməsi yer alıb.

Hazırda ipoteka kreditinin maksimum məbləği 50 min manatdır. Adi ipoteka 8 faizlə 25 il müddətinə, sosial ipoteka 4 faiz dərəcəsi ilə 30 il müddətinə verilir. İnkişaf Etmiş Ölkələrdə Sosial ipoteka kreditlərinin illik faizi 0,7-2 faiz arasında dəyişir və ödəmələr kredit götürənin əmək haqqına uyğun hesablanır.

İqtisadçıların fikrincə, məbləğin iki dəfə artırılması insanlara hətta şəhər mərkəzində mənzil almağa imkan verəcək və kreditdən yararlananarın sayını artıracaq.

Ekspert Vüqar Bayramlı isə bu fikirdədir ki, 50 min iopoteka götürən şəxs üçün 2 faiz endirim ayda təxminən 120 manata qədər az ödəmə deməkdir. Bu şərtlər insanların maaşına da təsir edəcək. Belə ki, əvvəl ipoteka götürmək üçün orta əmək haqqının 750 manatdan yuxarı olması tələb olunurdusa, indi isə maaşın 500 olması kifayət edəcək.

İpoteka almaq üçün müraciətlər də elektronlaşdırılır. İpoteka kreditləşdirilməsinin həcmini artırmaq üçün Mərkəzi Bank əlavə vəsaitlərin cəlb olunması üzərində də işləyir. Bu prosesə sığorta şirkətlərinin cəlb olunması, tikinti əmanət bankının yaradılması və İpoteka Fondunun dövlət zəmanətli istiqrazlar buraxması ilə mümkün olacaq. Həmçinin İpoteka Fondu yanında İpoteka Zəmanət Fondunun yaradılması nəzərdə tutulur ki, bu da aztəminatlı gənc ailələrin ilkin ödəniş etmədən mənzil sahibi olmasına imkan verəcək.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___