Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ƏBCƏD HESABI AZƏRBAYCAN ƏDƏBİYYATINDA
Tarix: 24-09-2015 | Saat: 16:06
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

ƏBCƏD HESABI AZƏRBAYCAN ƏDƏBİYYATINDA

Xəbəraz.az Bəribaşdan bildirək ki, əbcəd sözü ərəb əlifbasının sistemini, düzgüsünü müəyyənləşdirən səkkiz kəlmənin birincisidir, yəni [-əlif, ]- be, i-cim və u-dal (ə, b, c, d) səslərinin, hərflərinin birləşməsindən düzəlmişdir. Xatırladaq ki, həmin səkkiz kəlmə bunlardır: əbcəd, həvz, hüti, kəlmən, səfs, qərşət, səxz, zəzğ; və əbcəd - başladı, həvz -birləşdirdi, hüti-xəbərdar oldu, kəlmən- danışdı, səfs- tez öyrəndi, qərşət- səliqəyə saldı, səxz- baxdı, zəzğ-başa çatdırdı anlamlarında da alınır.

Digər tərəfdən, əbcəd sözü məchul şəkildə, ümumi şəkildə əlifba, ibtidai bilik, az savad mənalarında da işlənib, yəni əlifbanın dörd hərfini, əlifbanı bilmək mənasını da bildirib. Hətta yeni təhsilə başlayanlara əbcəd oxyuyan, anlamındakı əbcədxan da deyilib. Bu, hərfləri əzbərləmək, öyrənmək üçün çox gözəl üsul olub. Əbcəd hesabı ifadəsinə də tez-tez rast gəlirik. Bu nə deməkdir? Öncə qeyd edək ki, belə hesablama forması dünya səsli- hərfli əlifbalarının, demək olar, hamısının intişar, törəniş qaynağı olmuş finikiya əlifbası (miladdan öncə 2-1-minilliklərdə, miladın 1-cı minilliyinin əvvəllərində Aralıq dənizinin Şərq sahilində, yəni indiki Livanın Suriyanın sahil ərazisində qədim ölkə qurmuş finikiyalıların yazısı) əsasında, sonralar isə ərəb qrafikası əsasında yaradılmışdır.

Əbcəd hesabının mahiyyəti belədir: ərəb əlifbasındakı 28 hərfin hər birinin fonem, səs ifadələməsiylə yanaşı, konkret rəqəm bildirmə funksiyası da daşıyır. Bu sistem də belədir ki, ilk 9 hərf tək-tək, yəni 1-dən 9-dək, sonrakı 9 hərf on-on, daha sonrakı 10 hərf isə yüz-yüz qiymətinə malikdir. Konkret olaraq, ərəb hərflərinin rəqm uyğunluğu bu sxemdə belə ifadələnir:

[-əlif -1
]-be - 2
i-cim - 3
u-dal - 4
·-ha - 5
¼-vav - 6
w-ze - 7
m-he - 8
-ta - 9
Â-ye - 10
¦-ka - 20
ª-lam - 30
®-mim - 40
µ-nun - 50
-sin - 60
-əyn - 70
-fe - 80
-sad - 90
¢-qaf - 100
y-re - 200
-şin - 300
a-te - 400
e-se - 500
q-xe - 600
{-zal - 700
-zad - 800
-za - 900
-ğeyn - 1000

Göründüyü kimi, olduqca dəqiq, maraqlı bir sistemdir.

Əbcəd hesabından klassik şərq, o cümlədən də Azərbaycan ədəbiyyatında, ələlxüsus da poeziyada maddeyi-tarix xronoqramma yerində çox işlənib.
Bəllidir ki, maddeyi-tarix müəyyən hadisələrin, əsərlərin tarixini, müəllifin və ya digər şəxsiyyətlərin təvəllüd, ölüm illərini, vaxtını göstərmək üçün işlədilən ifadə tərzi olub. Maddeyi-tarix də iki formada olub: 1) açıq tarix göstərməklə; 2) əbcəd hesabı ilə. Məsələn, Borçalı əsilli böyük türk aşığı Şenlik Baba.

Buradakı tarixi hicri-qəmərilədir və milad tarixinə uyğunlaşdırmaq üçün h-h/33+622=M formulundan istifadə milad ilinə çevirə bilirik. Maddeyi-tarixin daha maraqlı, daha çoxişlək forması əbcəd hesabıdır.

Ədəbiyyatda, poeziyada əbcəd hesabı şairlərin istedad və qabiliyyətinin üstün cəhəti olaraq dəyərləndirilib.

Dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani «Fəxriyyə»yə daxil «Meratos-səfa» şeirində belə yazıb:

O əbcəd ki, əmən ustad təlim etdi təcridi,

Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı.

Və ya Aşıq Əlidən:

Aşıqlıq elmində nədir pərgarın,

Əbcəd hesabından varlı xəbərin.

Deməli, aşıq sənətində də əbcəd hesabından xəbərdar olmaq təkrar, yəni bacaran, bacarıqlı olmaq deməkiydi.

Şeirdə əbcəd hesabıyla maddeyi-tarix elə verilirdi ki, hərflər, hecalar, sözlərdəki hərflərin rəqəm qiymətləri cəmlənəndə müəyyən bir tarix alınırdı.
Məsələn, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin «Leyli və Məcnun» poemasının yazılma tarixi məhz əsərin axırına yaxın verdiyi sirrli ifadələr əsasında müəyyənləşdirilib. Belə ki, orad oxuyruq:

İzharə gəlib rümizi vəhdət,

Vəhdətdə tamam olub hekayət,

Tarixinə düşdülər müvafiq:

Bir olmaq ilə ol iki aşiq.

Burada maddeyi-tarix sonuncu, yəni «Bir olmaq ilə ol iki aşiq» misrasında, daha dəqiqi, «iki aşiq» kəlməsindəki əbcəd qiymətinə 1 rəqəminin əlavə edilməsindədir.

Bu formulu belə açıqlayırıq: - ¢f\'97 ŨÃ[ərəb əlifbasıyla, «iki aşiq» belə yazılır. Buradakı - ¢f\'97 aşiq sözündə dörd hərf var: -əyn=70, [-əlif=1, e-şin=300 və ¢-qaf=100. Bunları toplayanda 471 edir. Söhbət iki aşiqdən getdiyinə görə 471 rəqəmi 2-yə vurulmalıdır və bu da 942-yə bərabər olur. Həmin misraya əsasən, 942-yə 1 rəqəmi əlavə etməliyik, 943 alırıq. Bu isə, milad tarixiylə 1537-ci il deməkdir. Deməli, Füzulinin «Leyli və Məcnun»u hicri-qəməri 943-cü, miladi 1537-ci ildə tamamlanıb.

Xaqani Şirvanidə də əbcəd hesabının tətbiqini müşahidə edə bilirik. O, Mosul hökmdarına İsfahana layiq səna (dua, tərif) oxuduğu iş səna ilideyə qeyd edir. Səna µf şəklində yazılır və buradakı e-sə=500, ²-nun=50, [-əlif=1 rəqəm qiymətlərindəndir, cəmdə 500=50+1=551 rəqəmi alınıb ki, bu da hicri-qəməri və miladi tənasübündə 1156-cı ilə bərabərləşir.

Azərbaycan ədəbiyyatında əbcəd hesabına müraciət 19-cu əsrdə davamlanmışdı.

Məsələn, maarifpərvər yazıçımız Abbasqulu ağa Bakıxanlı «Mişkatül-ənvar» (Nurlar qabı) əsərinin yazılma tarixini belə bildirmişdi: İlin də tarixi indi sağərdir.
Deməli, sağər sözü maddeyi-tarix funksiyası daşıyır. Bu sözdəki -sin, [ -əlif, -ğeyn, y -ra hərflərinin rəqəm qiymətlərinin cəmi 1261 rəqəminə (60+1+1000+200=1261) bərabər olur ki, bu da miladla 1844-cü ildir.

Görkəmli satirikimiz Qasım bəy Zakir yaxın dostu şair Baba bəy Şakirin vəfatıyla bağlı söylədiyi şeirdə maddeyi-tarix əbcəd hesabıyla belə verib:
Müsibət salının tarixi amma oldu tarixim. Eyhama görə, sirr «tarixim» sözündədir. Bu sözdəki a-te, [-əlif, y-re, Á-ye, q-xe, ¾-ye və ®-mim hərflərinin rəqəm ifadəsini topladıqda alınan 1262 hicri-qəməri tarixi miladla 1245-ci ilə düşür.

Bu qeyd etdiklərimiz əbcədi-kəbir (böyük əbcəd) bərabərdir. Bundan başqa, əbcədi-səğir (kiçik əbcəd), digər əbcəd hesabı qaydaları da olub.
Maraqlı bir ədəbi fakt da əbcəd hesabı əsasında yazılan müəmma (gizli) şer növüdür. Hərgah əbcəd hesabında hərflərlə rəqəm açılırdısa, müəmmada, əksinə, rəqəmlə və ya hərflərlə hərflər (sözlər) aşkarlanır.

Məsələn, yenə dahi Füzulidən bir misal:

Tərtibi-cəmal üçün açıb zülfün ucun,

Mahi-rüxumu şanə müzəyyən qılmış.

Burada müəmma (gizli mətləb) zülfün ucunun -fe hərfinə oxşadılmağında və bu hərfin «rüx» (üz, çöhrə) sözünə əlavə edilməyindədir. Bununla da Fərrux alınır ki, müəmmanın da Fərruxa ithaf olunduğunu göstərir. Beləliklə, əbcəd hesabının tətbiqi Şərq, o cümlədən də Azərbaycan ədəbiyyatında zəngin bədiilik, bədii ifadə vasitələrindən istifadə rəngarəngliyinin maraqlı, önəmli meyarlarından biri olaraq qiymətləndirilə bilər.


Şurəddin MƏMMƏDLİ,
Filologiya elmləri doktoru, Tbilisi Dövlət Universiteti Kvemo-Kartli filialının professoru


Xəbəri paylaş

3 2858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___