Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada azərbaycanlı İŞİD tərəfdarı saxlanıldı - VİDEO
Tarix: 23-09-2015 | Saat: 14:44
Bölmə:Karusel / Dünya / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Rusiyada azərbaycanlı İŞİD tərəfdarı saxlanıldı - VİDEO
“O, törətdiyi əməldən peşmandır”.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Regional İdarəsinin əməkdaşları Krasnoyarskın əyalət mərkəzində ekstremisti saxlayıblar.

“Yenisey TV”yə xəbər verir ki, əslən Azərbaycandan olan 19 yaşlı gənc sosial şəbəkələrdə təxəllüs altında çıxış edərək, terrorizmə bəraət qazandırırdı.

Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, o, keçən ilin oktyabr ayından dekabr ayına qədər öz səhifəsində yaraqlıların insanları edam etdikləri səhnələrin əks olunduğu videoçarxları yerləşdirib. O, videoçarxları qətllər və terror aktlarının həyata keçirilməsinə çağırış şərhləri ilə paylaşırdı.

Saxlanılan şəxsə qarşı eyni anda iki cinayət işi açılıb.

Krasnoyarsk vilayəti üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin idarəsinin mətbuat katibi Marina Moiseyeva bəyan edib ki, gənc oğlan bu videoçarxları islamçılığın, radikal islamın ideyalarının ictimai bəraəti, eləcə də Rusiya və bir sıra digər ölkələrin ərazisində qanunsuz elan edilən terror təşkilatının sıralarına yeni adamların cəlb edilməsi məqsədilə səhifəsində yerləşdirib.

“Qeyd etmək lazımdır ki, o, bu gün törətdiyi əməldən peşmandır, törədilən cinayətin bütün ağırlığını və potensial miqyasını anlayan gənc istintaqa yardım edir”, - o, əlavə edib.
[media=https://youtu.be/CqDRBbL8RJY]


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
4-04-2016, 20:57 Ermənistan təslim olur

bütün xəbərlər
____ Instagram ___