Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD-dən sonra İraqda daha bir radikal qruplaşma meydana gəlib: Şiələrin “Ölüm manqası”
Tarix: 21-09-2015 | Saat: 01:35
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

İŞİD-dən sonra İraqda daha bir radikal qruplaşma meydana gəlib: Şiələrin “Ölüm manqası”



Xəbəraz
.az xəbər verir ki, İraqda fəaliyyət göstərən Asaib Əhl Əl-Hal adlı şiə qruplaşmasının lideri Kazali Türkiyəni ən böyük düşmənləri elan edib.

Kazali Bağdad yaxınlığında stadion tikintisində iştirak edən 18 türk fəhlənin qaçırılmasında əllərinin olmadığını bildirib. Lakin o, İŞİD-ə qoşulanların əksəriyyətinin Türkiyə üzərindən Suriyaya keçdiyini əsas gətirərək bu ölkəni düşmən elan edib.

Qeyd edək ki, türk fəhlələrin İraqda ikinci İŞİD kimi qəbul edilən “Ölüm manqası” tərəfindən qaçırıldığı ehtimal olunur. Onlar Ankaraya göndərdiyi mesajda fəhlələrin azad edilməsi qarşılığında tələblərini irəli sürüblər: kürd neftinin Türkiyədən ixracı dayandırılsın. Suriyada Ceys-ül Fethin Fua və Kafrayyadakı (Suriyadakı şiə bölgələr – red.) mühasirə dayandırılsın, türk əsgərləri İraqdan çıxarılsın.

“Ərdoğan və partiyası bu tələbləri yerinə yetirmədiyi təqdirdə, İraqdakı Türkiyə agentləri mümkün olan ən ağır şəkildə cəzalandırılacaq”, - deyə “Ölüm manqası”nın təhdidində deyilir.

Lakin İraq polisinin keçirdiyi əməliyyat zamanı fəhlələrin qruplaşmanın qərargahında olmadığı ortaya çıxıb. Hazırda türk fəhlələrin azad olunması istiqamətində iş aparılır.


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___