Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qardaşı arvadını 43 bıçaq zərbəsi ilə öldürən maştağalı “dəlixanaya” göndərildi - FOTO
Tarix: 27-03-2015 | Saat: 12:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Qardaşı arvadını 43 bıçaq zərbəsi ilə öldürən maştağalı “dəlixanaya” göndərildi - FOTO
Məhkəmə prosesi yekunlaşıb.

Bakı Apelyasiya Məhkəməsində Sabunçu rayon sakini Rəfael Quliyevin (1967-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, 2013-cü il mayın 29-da axşam saat 23 radələrində Maştağa qəsəbəsində Rəfael Quliyev M.Mirəliyev küçəsi, 82 ünvanında yerləşən evə gələrək qardaşı arvadı Əzəmət Quliyevaya (1983-cü il təv.) çoxsaylı bıçaq zərbələri vurmaqla, onu öldürüb. Aldığı zərbələrdən qadın hadisə yerində dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri prokurorluq əməkdaşları və ekspert tərəfindən müayinə olunub, şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən həmin gecə saxlanılıb.

Keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun bədən səthində 43 ədəd dəşilmiş-kəsilmiş yaralar aşkar edilib, faktla əlaqədar ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, ağır cinayət Əzəmətin üç azyaşlı övladları - Emil, Günel və Vüqarın gözləri qarşısında baş verib.
İş üzrə dindirilən Rəfael Quliyev bildirib ki, 2012-ci ilin yayında o xalasıoğlu Faiqin arvadından məktub alıb, həmin məktubda göstərilib ki güya qardaşı İlqar Quliyevin arvadı Əzəmətlə onun əri arasında yaxın münasibətlər yaranılb. Öz növbəsində bundan xəbər tutan İlqar Quliyev elə həmin həyat yoldaşı Əzəməti bıçaqlasa da, sonuncu 3 saylı kliniki xəstəxanaya çatdırılıb və sağ qalıb. Cinayəti törədən İlqar isə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə cəzalandırılıb. Bundan sonra Rəfael ailələrinin "adı"nı təmizləmək naminə Əzəməti qətlə yetirmək qərarına gəlib və bunu həyata keçirib.

DİN-dən alınan tələbnaməyə əsasən, R.Quliyev əvvəllər CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Rəfael Quliyevin barəsində ittiham hökmü çıxarmayıb, buna isə məhkəmə gedişatında təqsirləndirilən şəxsin barəsində bir neçə dəfə kompleks məhkəmə-psixiatriya ekspertizasının təyin olunması və onun cinayəti törədərkən öz hərəkətlərini dərk etməməsi və hazırda anlaqsız olması haqda rəy verilməsi səbəb olub. Məhkəmə Rəfael Quliyevin barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsi barədə qərar elan edib. Qərarda göstərilib ki, təqsirləndirilən şəxs müalicə almaq üçün ixtisaslaşdırılmış psixiatriya stasionarına göndərilir, o sağalana qədər isə cinayət işi üzrə icraat dayandırılır.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verərək Rəfael Quliyevin barəsində ittiham hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.










Xəbəri paylaş

8618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___