Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mikroavtobus yoldakı çuxura düşdü
Tarix: 20-09-2015 | Saat: 00:55
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər

Mikroavtobus yoldakı çuxura düşdü
Ətraf binalarda yaşayan insanlar təxliyə edilib.

Türkiyədə bina tikintisi üçün qazılan bünövrənin qonşuluğundakı küçədə çökmə baş verib. Çökmə nəticəsində yolda park edilən maşın yaranan çuxura düşüb. Hadisə Yaşıltəpə küçəsində meydana gəlib. Çöküntü saat 05:00 radələrində baş verib. Ətraf binalarda gurultu səsinə oyanan insanlar hadisə barədə polis və yanğınsöndürmə briqadalarına xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları ərazidə araşdırma apararkən polis dəstələri də çökmənin baş verdiyi küçəni təhlükəsizlik zolağı ilə bağlayıblar. Yaxınlıqda yerləşən bina sakinləri təxliyyə edilib. Mikroavtobus sahibi Orxan Əngin "Gecə təxminən saat 02:00-da işdən gəldim. Maşını park edib evimə getdim. Sonra bu hadisə baş verib. Məhəllə sakini olan dostum xəbər verdi. Hadisə yerinə gələndə maşınım çuxura düşmüşdü. Su borusu partlayıb. Su tədricən torpaq yolun içinə yığılıb. Sonra çöküntü meydana gəlib", -deyə açıqlama verib.




Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___