Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elton Məmmədovdan daha bir seçki açıqlaması: - "Gələn həftə biləcəm"
Tarix: 19-09-2015 | Saat: 12:07
Bölmə:Karusel / Siyasət / Fotogalereya | çapa göndər

Elton Məmmədovdan daha bir seçki açıqlaması: - "Gələn həftə biləcəm"
Elton Məmmədovdan daha bir seçki açıqlaması:
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov bu il keçiriləcək parlament seçkilərindən kənarda qalması haqqında yazılan məlumatlara aydınlıq gətirib.

O, aznews.az-a açıqlamasında bildirib ki, parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə gələn həftə qərar verəcək:

“Əgər seçkidə iştirakla bağlı qərarım qətiləşsə, gələn həftə sənədlərimi dairə seçki komisiyasına təqdim edəcəm. Hələ vaxta var”.

Millt vəkili bildirib ki, seçiciləriylə görüşəndən sonra qərar verəcək: "Gələn həftə müəyyən görüşlərim olacaq. İlk növbədə seçicilərimlə. Əgər seçicilərim israr etsələr ki, yenidən onların vəkili olum, onda yəqin, namizədliyimi verəcəm".

Qeyd edək ki, Elton Məmmədov 91 saylı Ucar Seçki Dairəsindən millət vəkili seçilib. Hazırda isə həmin dairədən Yeni Azərbaycan Partiyasının dəstəklədiyi Vüsal Hüseynovun namizədliyi irəli sürülüb.


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___