Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qanlı gecə: Oğul toyuna hazırlaşan ata öldürüldü – FOTO
Tarix: 19-09-2015 | Saat: 11:21
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Bakıda qanlı gecə: Oğul toyuna hazırlaşan ata öldürüldü – FOTO
Azərbaycan polisi Elməddin Ağayevi axtarır.

Bu gecə Bakıda dəhşətli qətl hadisəsi törədilib.
Xəbəraz.az APA-ya istinadən xəbər verir ki, paytaxt sakini Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən “Lion” kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub.

Daha sonra Əmrah Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb.

Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Əmrah Qarayevin atası Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb.

Elməddin Ağayev onu da bıçaqlayıb. Ata və oğul xəstəxanaya aparılıblar. Ələddin Qarayev yolda ölüb, Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Ələddin Qarayevin oğlunun Bəxtiyar adlı dostu da onun yanında olub. O, ata və oğulun bıçaqlandığını gördükdə özünə məxsus motosikletlə qaçmağa çalışıb. Lakin Elməddin və Niyaməddin Ağayev qardaşları onun təqib ediblər və yolda saxlayaraq, döyüblər.

Daha sonra Niyaməddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən uzaqlaşıb. O, cinayət aləti sayılan bıçağı da özü ilə aparıb. Lakin dərhal verilən axtarışla avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Elməddin Ağayev isə “Lion” kafesinin sahibinin “BMW X5” markalı avtomobili ilə qaçıb. Həmin avtomobil sonuncu dəfə Naximov küçəsində “Təhlükəsiz Şəhər” kameralarına düşüb, daha sonra isə gözdən yayınıb. Elməddin Ağayevin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Ələddin Ağayev yaralanan Əmrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na təyin olunmuşdu.



Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___