Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtdakı qəzanı qadın törədib: 3 ölü, 2 yaralı
Tarix: 18-09-2015 | Saat: 00:56
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Sumqayıtdakı qəzanı qadın törədib: 3 ölü, 2 yaralı
Sumqayıt şəhərində piyadavurma hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xəbəraz.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 16-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Laçın rayon sakini Nailə Kazımova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Xaçmaz rayon sakinləri Səbuhi Məlikovu, Fərman İsmayılovu, Lətif Məmmədovu və Nağdəli Babayevi vurub.

Nəticədə S.Məlikov, F.İsmayılov və L.Məmmədov hadisə yerində ölüb, N.Babayev və sürücü N.Kazımova isə xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır

Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”ın sürücüsü də xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir (APA).


Xəbəri paylaş

7578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___