Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Suriyalılara kömək etmərəm" deyən müğənni Bülənt Ərsoy
Tarix: 15-09-2015 | Saat: 15:58
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

"Suriyalılara kömək etmərəm" deyən müğənni Bülənt Ərsoy

"Suriyalılara kömək etmərəm" deyən müğənni Bülənt Ərsoy bu haqda açıqlama vermək məcburiyyətində qalıb

Xəbəraz.az -ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Bodrum sahillərində azyaşlı Aylanın meyitinin tapılmasından xəbərsiz olduğunu, buna çox kədərləndiyini deyib:

"Heç kəsə yalan borcum yoxdur. Jurnalistlər dedilər və heç şəkli görmədən "can" dedim. Uşaq olmasa belə, nəticədə bir insandır. İnsan olan o vəziyyətə kədərlənməlidir. Amma inanın ki, xəbərsiz idim... Ulduzların hər şeylərini paylaşmalarına qarşıyam. Reklamı sevmirəm, gizli yardım edirəm. Böyük kitab "Qurani Kərim"də də yazılıb ki, "Əvvəl öz yaxınlarınızı doyurmalısınız. Ehtiyacı olanlara kömək etməlisiniz". İnsanlar heç bilmirlər ki, mən hər kəs yatanda səhər azanında pirlərə gedib yardım edirəm. Amma bunları söyləmək mənə yaraşmaz axı..."

Qeyd edək ki, Bülənt Ərsoyun “Türkiyəyə gələn suriyalı qaçqınlara kömək etməyi düşünürsünüz” sualına münasibəti belə olmuşdu:

“Xeyr. Mən onların ölkəmizə gəlmələrinin tərəfdarı deyiləm. Necə başa düşülür-düşülsün. Bizim də ac insanlarımız, yoxsulluqla mübarizə aparan əhalimiz var. Mənim öz vətəndaşlarım dura-dura onlara kömək etmərəm. Kim istəyir əsəbləşsin, amma mənim fikrim belədir”.


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___