Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş
Tarix: 12-09-2015 | Saat: 23:08
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Məkkədə aşan kranın sahibi ben Laden ailəsi imiş

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Əl-Haram məscidində zəvvarların üzərinə aşan inşaat kranının sahibi “Əl-Qaidə”nin öldürülmüş sabiq lideri Üsamə ben Ladenin ailəsidir. Bu barədə məlumatı İngiltərənin Daily Mail nəşri əldə edib.

Xəbəraz.az Azərtac-a istinadən xəbər verir ki, nəşrin yazdığına görə, zəvvarların üzərinə aşan kran Saudi BinLaden Group tikinti firmasını idarə edən alman kompaniyasına məxsusdur. Ölkənin tikinti bazarında inhisarçı olan bu firmanın əsası 1931-ci ildə “Əl-Qaidə”nin eks-liderinin atası Məhəmməd ben Laden tərəfindən qoyulub.

Ben Laden Səudiyyə Ərəbistanında hörmətli familiyadır. Bu familiyanı daşıyanlar arasında milyarderlər və kralın yaxın dostları var. Bir nömrəli terrorçunun 600-ə yaxın qohumunun olduğu bildirilir.

Xatırladaq ki, kranın aşması nəticəsində 107 nəfər həlak olub, 238 nəfər yaralanıb. Ölənlər arasında iki türk zəvvar da var.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___