Həmyerlisini öldürən Ağdam sakini məhkəmə qarşısındadır – FOTO
Tarix: 07-09-2015 | Saat: 16:40
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər
Xoştərov qonşusunu, ünvanına ağır ifadələr işlətdiyinə görə öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Malik Xoştərovun (1960-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Xəbəraz.az Oxu.Az-a istinad xəbər verir ki, hadisə bu il iyunun 13-də Xətai rayonunun Neapol dairəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Belə ki, orada yaşayan Malik Xoştərov aralarında yaranan mübahisə zamanı həmyerlisi Zahid Abbasovu (1958-ci il təv.) bıçaqlayaraq qətlə yetirib.
Aldığı xəsarətlər nəticəsində sonuncu hadisə yerində dünyasını dəyişib.
Həmin axşam şübhəli şəxs Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.
Dindirmə zamanı M.Xoştərov qonşusunu, ünvanına ağır ifadələr işlətdiyinə görə öldürdüyünü bildirib.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 10-na təyin edilib.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

15-06-2017, 21:25
FİFA-dan Qətərlə bağlı açıqlama
27-01-2017, 12:10
Günel qızı ilə Mayamidə - fotolar
17-06-2021, 10:33
Bakıda marketdə ana və qızı döyüldü
12-10-2016, 02:20
İDMANÇILARIMIZ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİLƏR-FOTO
11-04-2015, 16:28
Mehriban Əliyeva: Bakı bütün Avropanı qəbul etməyə hazırdır – FOTO
1-11-2023, 09:09
"WhatsApp"da YENİLİK: eyni anda 31 nəfər...
27-12-2016, 20:38
Avtomobil sexində PARTLAYIŞ: yaralılar var-Xaçmazda
27-05-2019, 11:23
Ramazan ayının 22-ci gününün DUASI
14-08-2022, 12:32
Dilarə Əliyeva: "Yaxşı ki, oğlum olmayıb"