Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik narkomaniya ilə mübarizəni gücləndirir
Tarix: 04-09-2015 | Saat: 04:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Səhiyyə Nazirliyi narkomaniyadan əziyyət çəkənlərin sosial və tibbi reabilitasiyasını gücləndirib.

Nazirlik narkomaniya ilə mübarizəni gücləndirir
Bildirilib ki, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirilib.

Bu kurslar Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında təşkil olunub.

Təlimlərdə Bakıda orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları iştirak ediblər. Onlar gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması ilə bağlı təlimatlandırılıb.

İki həftə davam edən kurslarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri də iştirak ediblər.

Təlim kurslarında narkomaniya problemlərinə aid prezentasiyalar təqdim olunub və müzakirələr aparılıb. Kursun sonunda iştirakçı olan bütün orta məktəb həkimlərinə və tibb bacılarına sertifikat təqdim olunub. Nazirlik bu cür tədbirləri davam etdirəcək.

Xatırladaq ki, narkomanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq ölkə prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç Dövlət Proqramı təsdiq edilib. Artıq iki Proqram tam icra olunub.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___