Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Amerikalı qadın 13-cü dəfə sinəsini böyütməyə hazırlaşır - FOTO
Tarix: 26-03-2015 | Saat: 12:40
Bölmə:Karusel / Dünya / Şou-Biznes / M2 | çapa göndər

Amerikalı qadın 13-cü dəfə sinəsini böyütməyə hazırlaşır - FOTO
“Mən böyük Barbi olmaq istəyirəm, 100%-lik Barbi”.

Barbi gəlinciyi həqiqətən də qadınlar üzərində çox böyük təsirə malikdi: qızların ona oxşamaq arsuzu ilə etdiklərini misal göstərmək üçün uzağa getmək lazım deyil. Leysi Uayld gəlinciyə bənzəməyi həyatının məqsədinə çevirib: amerikalı xanım plastik kumirinə bənzəmək üçün 36 plastik əməliyyat keçirib. Həm də bu əməliyyatların 12-si sinəsinin böyüdülməsi üzrə olub: Leysi sanki böyük sinə ideyasına mübtəla olub, hal-hazırki vəziyyəti görənləri dəhşətə gətirir.

Amma buna baxmayaraq sinəsinin bu ölçüsü də Canlı Barbini qane etmir, o sinəsini böyütmək üçün bir əməliyyat da keçirmək niyyətindədir. Həkimlər artıq qadına bunun qəza ilə nəticələnəcəyini deyiblər, amma o bu əməliyyata razılaşan həkimlər tapıb və öz arzusunu həyata keçirməyi planlayır.



“Mənim dünyam sinəmin ətrafında fırlanır. Mən əməliyyat prosesindən həzz almıram, amma narkozdan ayıldıqdan sonra başqa cür görünücəyimi düşündükdə sevinirəm. Mən dünyada ən unikal bədənə malik olmaq, cizgi film qəhrəmanlarına bənzəmək istəyirəm. Amma bilirəm ki, ehtiyatlı olmalıyam”, - Leysi, bunları Britaniyanın DailyMail portalına deyib.



Sinə - Uayldın bədəninin dəyişdiyi, yalnız bir (daha doğrusu iki) hissəsidir. O, həmçinin yançaqlarına implant qoyub, lipoksasiya etdirib, burnunun və çənəsinin formasını dəyişdirib.

Qadın artıq bir neçə ildir ki, plastik əməliyyatlar bəlasına düçar olub:



“Mən böyük Barbi olmaq istəyirəm, 100%-lik Barbi. Mən plastik əməliyyatlar nəticəsində şöhrət tapmışam və bu əməliyyatlara davam edəcəm. Mən dəyişməyimlə fəxr edirəm, axı mə dünyada ən "plastik" bədənə malik olmaq üçün 250 min dollar pul xərcləmişəm!”— Leysi bunu My Strange Addiction sənədli serialında etiraf edib.



Canlı Barbi yalnız plastika ilə kifayətlənmir, ideal parametrləri əldə etmək üçün səylərini əsirgəmir. İndi qadın, çəki atmaq üçün sərt bir pəhrizə riayət edir. Pəhriz ekstremaldır: gün ərzində 1 alma, 1 stəkan su və 1 stəkan limon şirəsi istfadə etmək olar. Bu pəhriz nəticəsində Leysi 6 həftə ərzində bir neçə kq çəki atıb. Sinəsi isə (çəkisi 18 kq.), silikon sayəsində arıqlamayıb.



Bütün bunlar Leysinin altı uşağını qorxuya salır. Onlar analarının özünə ciddi zərər verəcəyindən qorxurlar. Çünki qadın sinəsinin böyük olması ucbatından qaça bilmir, xüsusi yastıqlarla yatır və yemək hazırlaya bilmir, çünki yanmaqdan qorxur.

Amma deyəsən bütün əzablara baxmayaraq, ən qorxulu son belə Canlı Barbini fikrindən daşındıra bilmir.



Leysi və onun altı uşağı











Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___